www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [281-300]

Məsumların nurlu kəlamlarından 500 hədis [281-300]


7 avqust 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis [281-300]

Hədis 281: İmam Həsən (ə) buyurur: “Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

Hədis 282: İmam Həsən (ə) buyurur: “Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

Hədis 283: İmam Həsən (ə) buyurur: “İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”

Hədis 284: İmam Həsən (ə) buyurur: “Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”

Hədis 285: İmam Həsən (ə) buyurur: “Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”

Hədis 286: İmam Həsən (ə) buyurur: “Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”

Hədis 287: İmam Həsən (ə) buyurur: “Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”

Hədis 288: Həzrət Əli (ə) buyurur: “Qəzəb və şəhvətinə məğlub olan şəxs dördayaqlılar (heyvanlar) sırasındadır.”

Hədis 289: Həzrət Əli (ə) buyurur: “Qardaşına quyu qazanın özünü Allah o quyuya salar.”

Hədis 290: Həzrət Əli (ə) buyurur: “Xalqın eybi dalınca gəzən adamın eybini Allah açar.”

Hədis 291: Həzrət Əli (ə) buyurur: “Başqalarının sirrini açan kəsin sirrini Allah açar.”

Hədis 292: Həzrət Əli (ə) buyurur: “Axirət işlərini qaydaya salanın dünya işlərini Allah qaydaya salar.”

Hədis 293: Həzrət Əli (ə) buyurur: “Allahın qəzavü-qədərinə imanı olan kəs başına gələnlərə əhəmiyyət verməz.”

Hədis 294: Həzrət Əli (ə) buyurur: “Özünü islah etməyən kəs başqasını islah edə bilməz.”

Hədis 295: Həzrət Əli (ə) buyurur: “Başqasını nəsihət etməyə o kəs layiqdir ki, özünü nəsihət edir.”

Hədis 296: Həzrət Əli (ə) buyurur: “Bütün qüvvəsini dünyaya sərf edən kəsin qiyamət günü ağrı və qüssəsi çox olar.”

Hədis 297: Həzrət Əli (ə) buyurur: “Üzr istəyən halda cəza vermək necə də pisdir!”

Hədis 298: Həzrət Əli (ə) buyurur: “Aşkarda görülməsi ayıb olan işi gizlində də görmə.”

Hədis 299: Həzrət Əli (ə) buyurur: “Çox pisdir ki,insanın zahiri gözəl, batini isə nöqsanlı olsun.”

Hədis 300: Həzrət Əli (ə) buyurur: “Xalqın bir-biri ilə xoş keçinməsi ən üstün əməllərdəndir.”