www.nice.az > İslam Dünyası > Musiqi haqqında...

Musiqi haqqında...


7 avqust 2012. Müəllif: Menekşe
Musiqi haqqında...

Həmd ancaq ALLAHadır, Ona həmd edir, Ondan yardım və məğrifət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz. Kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.
“Ey iman gətirənlər, Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali-İmran, 102).
Sual verilir ki, Musiqi nə üçün haramdır? Quran`i-Kərimdə musiqinin qadağan olunması barəsində heç bir dəlil yoxdur?
Quran`i-Kərim buyurur ki, “Peyğəmbər sizə nə vermişsə onu da götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir”. (əl-Həşr, 7).
Mahnı- Bir şeir və nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan ola bilər.(Lisanul Arab 15/136, Fəthul Bəri 10/55)
Musiqi- Yunan sözü olub Ud, Kaman, Tabur, Klarnet, Piano və s. Kimi çalğı alətlərilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.
Musiqinin Dindəki isimləri- əl-Ləhv(əyləncə, vaxtı boş keçirmək), əl-Ləğv(boş söz), əl-Batil(boş, dəyərsiz), əz-Zur(yalan), əs-Sumud(boş şeylə əylənmək), əl-Muka(fit çalmaq), Munbitun Nifaq(nifaq çıxaran, yetişdirən) və b.
Musiqi insanları harama təşviq edir və onları gözəl göstərir. O, haramları etməyə sövq edən bir vasitədir. Ağlın və imanın gözəlliyini və üzdəki nuru itirər. İnsan nəfsindəki şeytani durumları gücləndirər. Qəlbi Quranı və Allahı zikr etməkdən yayındırar.
İbn Məsud(radiyallahu anhu) deyir ki: “Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir”.(İbn Əbi Dünya “Zəmmul Məlahi”).
“İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir”. (Loğman 6).
İbn Abbas(radiyallahu anhu) deyir ki: “Ayə musiqi və bənzəri olan şeylər haqqında nazil olmuşdur”.(“Səhih Ədəbul Mufrad” əl-Albani 955).
“Onlardan kimi bacarırsan səsinlə yerindən oynat”. (əl-İsra,64).BU ayədə Allah(c.c) Şeytana müraciət edir. Səsinlə yerindən oynat deyəndə isə Musiqi ilə nəzərdə tutulur. İnanmayanlar buyurub İsra surəsini bütünlüklə oxuya bilər.Cəmi 111 ayədir.

Mucahid(rəhmətullahi aleyhi) deyir ki: “İblisin səsi- musiqi, tütək, LƏvh- əyləncə və batildir”.(Durrul Mənsur 5/312).
“İndi siz bu kəlama təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Qəflət içində qalıb oynayır, əylənirsiniz”. (ən-Nəcm 59-61).
Peyğəmbər(s.a.s) buyurdu: “İki səs vardır ki, bunlar dünya və axirətdə lənətlənmişdir.Musiqi aləti və müsibət anında şivən səsi(ah-nalə, mərsiyə və s.)”. (əl-Albani “Səhih Silsilə” 427).