www.nice.az > İslam Dünyası > Ananın Qayğısına Qalmaq...!!!

Ananın Qayğısına Qalmaq...!!!


7 avqust 2012. Müəllif: SiMPLe_GiRL
Ananın Qayğısına Qalmaq...!!!

Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.a.s) soruşdum:
“Ey ALLAHın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?”
Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?”
Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?”
Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?”
Dedi: “Atana! Sonra da ən yaxın və ən yaxın olanlara”.

İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi:
“Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi.
Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi.
Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?
” İbn Abbas (r.a) soruşdu: “Anan sağdırmı?” O: “Xeyr!”- deyə cavab verdi.
İbn Abbas (r.a) dedi: “Qüdrətli və əzəmətli ALLAHa tövbə et və bacardığın qədər Ona yaxınlaş!”
(Əta ibn Yəsar deyir ki,) mən gedib ibn Abbasdan soruşdum:
“Nə üçün ondan anasının sağ olub-olmadığını soruşdun?”
O dedi: “Çünki mən qüdrətli və əzəmətli ALLAHın yanında Ana qayğısını çəkməkdən daha yaxın bir əməl bilmirəm”.