www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [261-280]
Məsumların nurlu kəlamlarından 500 hədis [261-280]4 avqust 2012. Müəllif: Menekşe |
![]() Hədis 261: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi e`tibarlı kömək yoxdur.†Hədis 262: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.†Hədis 263: Həzrət Məhəmməd (s.a.a.) buyurur:“O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.†Hədis 264: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.†Hədis 265: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə,mö`minlərdə eyb axtarmaqdan uzaqdır.†Hədis 266: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.†Hədis 267: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.†Hədis 268: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.†Hədis 269: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Fürsətlər bulud kimi ötüşür.†Hədis 270: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.†Hədis 271: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Xoş o kəsin halına ki, Allah qorxusu onu xalqın qorxusundan uzaqlaşdırmışdır.†Hədis 272: Həzrət Əli (ə) buyurur: “Heç bir iş sənin başını qatıb axirət işindən uzaqlaşdırmamalıdır. Çünki ömür olduqcaqısadır.†Hədis 273: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Əzabı və əvəzi daha tez çatan günah ne`mətə qarşına şükürlükdür.†Hədis 274: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Özünü fəqirliyə vuran fəqir olar.†Hədis 275: İmam Həsən (ə) buyurur: “Yaxşılıq odur ki, əvvəldə hey bugün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.†Hədis 276: İmam Həsən (ə) buyurur: “Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.†Hədis 277: İmam Həsən (ə) buyurur: “Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.†Hədis 278: İmam Əli (ə) buyurur: “Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.†Hədis 279: İmam Həsən (ə) buyurur: “Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.†Hədis 280: İmam Həsən (ə) buyurur: “Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.†|