www.nice.az > İslam Dünyası > Ramazan ayında qadınlarla bağlı on məsələ... [8]

Ramazan ayında qadınlarla bağlı on məsələ... [8]


2 avqust 2012. Müəllif: Menekşe
Ramazan ayında qadınlarla bağlı on məsələ... [8]



Müsəlman bacım, bil ki, əzalarını günahlardan, gözlərini harama baxmaqdan, qulaqlarını harama,yalana, qiybətə, nəmmamlara, musiqiyə batilin bütün növlərinə qulaq asmaqdan, əllərini harama basmaqdan, ayaqlarını harama getməkdən, dilini yalandan, fahiş sözlərdən,yalançı şahidlikdən, qarnını yeyib içməkdən, fərdini zinadan, cimadan qoruyan kəs oruc tutmuş sayılar. Danışanda yalnız fayda verən səmərəli olan söz danışar, orucuna xələl gətirən və ya batil edən fahiş, pis sözlərdən uzaq olar. Həmçinin müsəlmanların namusuna yalan, qiybət, nəmmamlıq, kin, həsəd, iftira ilə toxunma. Bilirsən ki, bu, münkərlərin ən pisi, günahların ən böyüyüdür.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Kim yalan danışmağı, yalançı və cahil əməlləri tərk etməzsə,Allah təalanın onun yeyib- içməsini tərk etməyinə ehtiyacı yoxdur.(Buxari rəvayət etmişdir).
Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Oruc tutduğunuz gün səs- küy salıb, pis sözlər danışmayın. əgər onu kimsə söysə və ya onunla vuruşmaq istəsə ona “mən orucam desin” (Buxari və Müslim rəvayət etmişdir ).
Yeyib - içməkdən oruc tutub müsəlman qardaşlarının namusuyla, onların ətlərini yeməklə iftar edən kəs haqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə demişdir: " Elə oruc tutan vardır ki orucdan onun payı yalnız ac və susuz qalmasıdır " ( Əhməd və İbn Məcə səhih isnadla rəvayət etmişlər).