www.nice.az > İslam Dünyası > Ramazan ayında qadınlarla bağlı on məsələ... [2]
Ramazan ayında qadınlarla bağlı on məsələ... [2]28 iyul 2012. Müəllif: Menekşe |
![]() 1 - Tövbə etməyə tələsməklə və tövbəndə sadiq olmaqla. Allah təala buyurur: " Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" (nur : 31). 2 - Bütün münkər olan şeylərdən: yalandan, qeybətdən, nəmimədən (söz qəzdirənlik) fahiş işlərdən, musiqidən, açıq saçıqlıqdan və kişilərə qarışaraq onlarin arasinda gəzməkdən və sair kimi əməllərdən qurtulmaqla. 3 - Ramazan ayını saleh əməllərlə və qiymətli vaxtı faydasız işlərlə itirməməklə keçirməyə möhkəm iradə və sadiq əzmlə əqd etməklə. 4 - Çoxlu zikr,dua etməklə, bağışlanma diləmək və quran oxumaqla. 5 - Beş namazın vaxtı vaxtında qılınmasına mühafizə etməklə, tələsmədən, tam rahatlıqla, xuşu içərisində (Allahdan qorxaraq) qılmaqla. 6 - Fərz əməllərdən sonra nafilələri etməklə. |