www.nice.az > İslam Dünyası > Qiyamət... [6]

Qiyamət... [6]


28 iyul 2012. Müəllif: Menekşe
Qiyamət... [6]

İslamın zühuru ilə bu dinə iman gətirənlər cəmiyyətin ən elitar təbəqəsinə çevrilirdilər. Az bir zamanda savadlanan bu icma orta əsrlərin ən qabaqcıl elmi-texnoloji nailiyyətlərini əldə etməyə müvəffəq oldu. Digər din mənsubları da bir çox məsələlərdə özlərini müsəlmanlara bənzətməyə çalışırdı. Həzrət Peyğəmbərimiz (s.ə.s) hədislərin birində Qiyamətin yaxınlaşma əlamətlərindən biri kimi bunu vurğulamışdır: «Həqiqətən siz əvvəlkilərin adət-ənənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə, siz də onun ardınca girəcəksiniz». Müsəlmanlar: «Ya Rəsulullah! Sən Yəhudi və Xristianları nəzərdə tutursan?», - deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq?», - deyə buyurdu. Günümüzdə müsəlmanlar bir çox hallarda öz zəngin mədəniyyətinə arxa çevirib kütləvi halda hər cəhətdən özünü digər din mənsublarına bənzətməyə çalışır. Qiyamətin bu əlamətinin hər birimiz şahidiyik...