www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [201-220]

Məsumların nurlu kəlamlarından 500 hədis [201-220]


27 iyul 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis [201-220]



Hədis 201: Həzrət Əli (ə) buyurur: “Cahilin ehtiyacsızlığı malına görədir.”

Hədis 202: Həzrət Əli (ə) buyurur: “İntizarı çəkiləsi ənlayiqli (səlahiyyətli) şey gizli ölümdürki, hər şeydən tez gəlib yetişir.”

Hədis 203: Həzrət Əli (ə) buyurur: “Dost çətinlik zamanı tanınar.”

Hədis 204: Həzrət Əli (ə) buyurur: “Gözün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”

Hədis 205: Həzrət Əli (ə) buyurur: “Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.”

Hədis 206: Həzrət Əli (ə) buyurur: “O şəxs nicatt aparki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə hakim olmuşdur.”

Hədis 207: Həzrət Əli (ə) buyurur: “Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”

Hədis 208: Həzrət Əli (ə) buyurur: “Az tapılır ki, insan qarınqulu olduğuhalda, xəstələnməsin.”

Hədis 209: Həzrət Əli (ə) buyurur: “Hər kəsin dəyəri onun biliyi qədərindədir.”

Hədis 210: Həzrət Əli (ə) buyurur: “Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.”

Hədis 211: Həzrət Əli (ə) buyurur: “Əməl edilən az elm, əməl edilməyən çox elmdən üstündür.”

Hədis 212: Həzrət Əli (ə) buyurur: “Axmağın qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır (yə`ni,aqil əvvəlcə düşünər sonra danışar).”

Hədis 213: İmam Sadiq (ə) buyurur: “Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.”

Hədis 214: İmam Sadiq (ə) buyurur: “Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”

Hədis 215: İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evininsirləri aşkar olar.”

Hədis 216: İmam Sadiq (ə) buyurur: “Qardaşına quyu qazan özü düşər.”

Hədis 217: İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”

Hədis 218: İmam Sadiq (ə) buyurur: “Mö`min başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”

Hədis 219: İmam Sadiq (ə) buyurur: “Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”

Hədis 220: Həzrət Əli (ə) buyurur: “Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”