www.nice.az > İslam Dünyası > Ramazan ayında bunları etmək olmaz

Ramazan ayında bunları etmək olmaz


23 iyul 2012. Müəllif: Lura
Ramazan ayında bunları etmək olmaz

Ramazan ayında səhv qidalanmaq oruc tutanların sağlamlıq problemi ilə qarşılaşmasına səbəb olur. İftar yeməyinə başlamadan dərhal bir siqaret çəkən şəxslərə xəbərdarlıq edən həkimlər ac qarınına çəkilən siqaretin zərərlərinin çox daha çox olduğunu vurğulayır. Oruc ibadətinin həzm sistemini istirahət etdirdiyi bir çox insan tərəfindən diqqətə alınmır. Bu səbəblə iftar və sahurda balanssız və çox yemək yemək bədəni çox daha çox yorur.

Dietoloqlar oruc tutmaq üçün əvvəlcə bədənin sağlam olmasının vacibliyini diqqətə çatdırırlar. Bəzi xəstəliyi olan kəslərin oruc tutması xəstəliyinin artmasına səbəb ola bilər.

Mədə və on iki barmaq bağırsağında xora olan kəslərdə mədə boş qaldığında turşu ifrazatı artacağı üçün ağrı və qanamaların müşahidə edilir. Bütün bunlar nəzərə alınaraq deyə bilərik ki, sağlamlığı uyğun olmayan kəslər oruc tutmamalıdır, ya da həkim nəzarətində sağlamlığına zərər verməyəcək şəkildə tutmalıdır. Səhv qidalanma, xora, mədə qanaması və digər xəstəliklərə səbəb olur. İftar və sahurda edilən səhvlər: səhv qidalanma, çox yemək, tez yemək, çox müxtəlif yeməklər, yemək əsnasında çox su içmək, sahura qalxmamaq ya da sahurda çox yemək və iftarda ac qarına siqaret içmək

Çox yemək yemək:
Ramazanın xüsusiyyətlərindən biri iftar süfrələrinin müxtəlifliyi və bolluğudur. Bütün gün ac qalındığı üçün iftarda bədənin ehtiyacından çox daha yemək yeyilir. Araşdırmalara görə ölkəmizdə iftar süfrələrinə bir insana çatacaq yeməklərin 2-3 qatından çox yemək qoyulur. Boş olan mədəyə bu qədər çox yemək həzmi çətinləşdirir, bu da mədədə ağırlıq, yanma, bulanma kimi problemlər yaradır. Bağırsaqlarda isə qəbizlik və qaz kimi problemlər meydana gəlir. Bu səbəblə sahurda, xüsusilə də iftarda yalnız yeyə biləcəğimiz qədər yemək yesək, bədənimizə boş yerə yükləmə etməmiş və sağlamlığımızı da qorumuş olarıq.

Tez-tez yemək yemək:
İftar və sahur süfrələrində ən çox edilən səhvlərdən biri də çox tez-tez və kifayət qədər çeynəmədən yemək yeməyimizdir. Həzm bilindiyi kimi əvvəl ağızda çeynənilmə ilə başlayır. Beyin doyma əmrini 15-20 dəqiqədə verir, tez yemək yediyimiz vaxt doyma əmrini hiss etmədiyimiz üçün özümüzü hələ ac hiss edirik və gərəyindən çox yemək yeyirik. Ayrıca ağızda kifayət qədər çeynənməyən yeməklər həzm sistemini çətinləşdirdiyi üçün zamanla bir çox xəstəliyə və problemə səbəb olur.

Çox müxtəlif yemək yemək:
Ölkəmizdə iftar süfrələrinin zənginliyi ənənə halını alıb. İftar süfrəsindəki yeməklərin çox müxtəlif olması, bunların sağlamlıq və qidalanma qaydalarına əməl edilmədən yenilməsi, başda həzm sisteminin işini çətinləşdirməklə bərabər bir çox sağlamlıq problemi yaradır. İftar menyusunu hazırlayarkən eyni qrupdan 2 yeməyin olmamasına, yeməklərin qarın doyurucu, rəng və konsistensiya baxımından bir-biriylə uyğunlaşma içində olmasına diqqət edilməlidir.

Yemək vaxtı çox su içmək:
Bütün gün su içmədiyimiz və yeməkdə də ağır şeylər yediyimiz üçün təbii olaraq su içmək istəyi artır. Lakin yemək vaxtı çox su içmək, mədə özsuyunun həzmə köməkçi olan fermentlərinin quruluşunu pozacağı üçün həzm çətinləşir. Yemək əsnasında ən çox 1 stəkan su içmək lazımdır.

Sahura qalxmamaq, ya da Sahurda çox yemək:
Çox adam, xüsusilə də işləyənlər iftarda çox yemək yeyərək sahura qalxmır, başqa bir qrup da sahurda çox yemək yeyirlər. Hər ikisi də səhv hərəkətdir. Çünki bütün gecə və bütün gün boş qalan mədədə turşu ifrazatı artır və bu da müxtəlif mədə xəstəliklərinə gətirib çıxarır. Bunun xaricində aclıq, qan şəkərinin düşməsi, təzyiqin azalması kimi problemlərdə yarana bilir

Ac qarına siqaret çəkmək:
Ramazanda siqaret çəkənlərin çoxu iftar yeməyinə başlamadan dərhal bir siqaret çəkirlər. Ac qarınına çəkilən siqaretin zərərləri çox daha olduğu üçün yeməkdən əvvəl siqaret çəkilməməlidir. Ramazan ayında iftar və sahur yeməklərində qidalanma qaydalarına uyğun olaraq yemək qəbul edildiyi təqdirdə, həm sağlamlığımızı qorumuş olarıq həm də ay boyunca həzm sistemimizi dincəltmiş olarıq.