www.nice.az > İslam Dünyası > Oruc Allah-Təala üçün tutulmalıdır

Oruc Allah-Təala üçün tutulmalıdır


23 iyul 2012. Müəllif: GHoSTMaN
Oruc Allah-Təala üçün tutulmalıdır

ORUC ALLAH-TƏALA ÜÇÜN TUTULMALIDIR

- Həzrət Məhəmməd peyğəmbər (s) : "Allah-Təala buyurmuşdur: Oruc mənim üçündür və onun mükafatını Özüm verəcəyəm".

Hədisin şərhi ilə bağlı bir neçə kəlmə: "Oruc Allah-Təala üçündür. Doğrudur, bütün ibadətlər Allahdan ötrü edilir, lakin bu xüsusi şərəf yalnız oruca aiddir. Eynilə Kəbə evi kimi.... Bütün torpaqlar Allahın olsalar da, Onun evi olmaq şərəfi yalnız Kəbəyə məxsusdur."

Orucun iki özünəməxsus cəhəti var:
Birincisi, oruc çəkinmək və tərk etməkdir, gizli bir əməldir. Onda gözlə görünən bir iş yoxdur. İnsanların gözü qarşısında icra olunan bütün ibadətlərin əksinə olaraq, oruc elə bir ibadətdir ki, Allahdan başqa heç kim onun barəsində bilmir. Ona görə ki, oruc batini bir əməl olub, səbirlə bağlıdır.

İkincisi isə, oruc Allah-Təalanın düşmənlərini məhv etməkdir. Belə ki, şəhvət məlun Şeytanın istifadə etdiyi bir vasitədir və yemək-içməklə daha da güclənir. Bu baxımdan Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Şeytan damarlardan axan qan kimi insanların bədənində hərəkət etdiyi üçün, ac qalmaqla onun keçdiyi yolları daraldın..."

Şeytanı daha çox məhv edib onun keçdiyi yolları bağladığı üçün Oruc Allah-Təalanın xüsusi dəyər verdiyi bir əməl olmağa layiqdir. Belə ki, Allah-Təalanın düşmənlərini məhv etmək Allaha yardım etmək deməkdir. Bəndə Bəndə Allah-Təalaya kömək etdikdə isə Allah da ondan Öz yardımını əsirgəmir.
Odur ki, bəndənin göstərdiyi hər bir səy Allah -Təala tərəfindən mükafatlandırılır.