www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis (121-140)
Məsumların nurlu kəlamlarından 500 hədis (121-140)22 iyul 2012. Müəllif: Menekşe |
![]() Hədis 121: Həzrət Əli (ə) buyurur: “O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.†Hədis 122: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, riyakarlığın ən aşağı mərtəbəsi belə, Allaha qarşı şirkdir.†Hədis 123: Həzrət Əli (ə) buyurur: “Heç kim öz Rəbbindən savayı başqasına ümidvar olmamalı və yalnız öz günahlarından qorxmalıdır.†Hədis 124: Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bəd güman olanları qınamamalıdır.†Hədis 125: İmam Sadiq (ə) buyurur: “İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.†Hədis 126: Həzrət Əli (ə) buyurur: “Susub həqiqəti gizləmək də heç bir xeyir yoxdur (pisdir). Necə ki, nadanlıq üzündən danışmaq yaxşı deyildir.†Hədis 127: Həzrət Əli (ə) buyurur: “Kişi öz dilinin altında gizlənmişdir. Hədis 128: Həzrət Əli (ə) buyurur: “Fürsəti əldən vermək qəm-qüssədir.†Hədis 129: Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.†Hədis 130: Həzrət Əli (ə) buyurur: “Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.†Hədis 131: Həzrət Məhəmməd (s.a.a.) Əliyə (ə) buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lə`nət etsin.†Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: “Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.†Hədis 133: Həzrət Əli (ə) buyurur: “Heç bir kəs əqlinin bir hissəsini vermədən zarafat etmədi.†Hədis 134: Həzrət Əli (ə) buyurur: “Dini hökmləri bilmədən ticarətlə məşğul olan şəxs sələmə düçar olar.†Hədis 135: Həzrət Əli (ə) buyurur: “Hər bir insanın rə`yinin dəyəri onun təcrübəsi qədərincədir.†Hədis 136: Həzrət Əli (ə) buyurur: “Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.†Hədis 137: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.†Hədis 138: Həzrət Əli (ə) buyurur: “Günah etməmək tövbə etməkdən daha asandır.†Hədis 139: Həzrət Əli (ə) buyurur: “Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.†Hədis 140: Həzrət Əli (ə) buyurur: “Yoxsulluq çox böyük ölümdür.†|