www.nice.az > İslam Dünyası > Qiyamət... [1]
Qiyamət... [1]20 iyul 2012. Müəllif: Menekşe |
![]() «İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1) Qiyamət günü haqqında heç məlumatı olmayana rast gəlmək çətindir. Az da olsa, hər birimiz dünyanın sonu və qiyamətin qopacağı barədə nələrsə eşitmişik. Və heç şübhəsiz ki, onun dəhşətindən də az və ya çox xəbərdarıq. Bəziləri bu məsələyə lazımınca ciddi yanaşmasalar belə, ilahi kitablarda Allah-Təalanın vəd etdiyi kimi, bu gun mütləq olacaq: «Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...» (Həcc surəsi, ayə7). «Allahın vədi haqqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!» deyildiyi zaman «Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!», - deyə cavab verirdiniz!» (Casiyə surəsi, ayə32) Bəs qiyamət günü nə vaxt olacaq? Qiyamətin qopacağı gün nə zamandır? Əlbəttə, ilahi kitablarda bu gün barədə geniş danışılsa da, onun konkret tarixi ilə bağlı məlumat verilmir: «Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: «Onu ancaq Allah bilər!». Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır». (Əhzab surəsi, ayə63). Buna baxmayaraq, sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.a.a.) hədislərində Qiyamətin əlamətləri, Qiyamətdən əvvəl baş verəcək hadisələrin geniş təsviri verilir. |