www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis (81-100)

Məsumların nurlu kəlamlarından 500 hədis (81-100)


19 iyul 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis (81-100)




Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: “İnsanı üzünə tə`rif etmək, onuqətlə yetirməkkimidir.”

Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: “Allah yolunda bir gecə keşik çəkmək,min gecə namaz qılıb, gündüzləridə oruc tutmaqdan üstündür.”

Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: “İslamın zirvəsi Allah yolunda cihaddırki,yalnız ənüstün müsəlmanlar bu zirvəyəyetişərlər.”

Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”

Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda,onutəkrarlayan şəxs Allahı məsxərəetmiş kimidir.”

Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: “Dünya sevgisi bütün xataların başlanğıcıdır.”

Hədis 87: Həzrət Məhəmməd (s) buyurur:“Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isəelə çalış ki, sanki sabah öləcəksən.”

Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: “Adəm övladının xatalarının çoxu dilindədir.”

Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: “Mö`mini şad edən məni şad etmiş, məni şad edən isəAllahı şad etmişdir.”

Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmana hiylə quran bizdən deyildir.”

Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü mö`minin əməl tərəzisinə xoş xasiyyətdən dəüstün olanbir şey qoyulmayacaqdır.”

Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”

Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs sübhedə, lakinmüsəlmanların işinə yarımaya,müsəlman deyildir.”

Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: “Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.”

Hədis 96: Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.”

Hədis 97: Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”

Hədis 98: Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllıinsandır.”

Hədis 99: Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amandaqalar.”

Hədis 100: Həzrət Əli (ə) buyurur: “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”