www.nice.az > İslam Dünyası > Xamneyi müharibəyə və Qiyamət gününə hazır olmağa çağırdı

Xamneyi müharibəyə və Qiyamət gününə hazır olmağa çağırdı


14 iyul 2012. Müəllif: Candy
Xamneyi müharibəyə və Qiyamət gününə hazır olmağa çağırdı

Xamneyi müharibəyə və Qiyamət gününə hazır olmağa çağırdı

İranın ali dini lideri ayətolla Əli Xamneyi Qiyamət gününün yaxınlaşdığını bəyan edib. Xamneyi bütün bəşəriyyəti, o cümlədən İran xalqını 12-ci imam Mehdinin zühuruna, bəşəriyyət tarixində sonuncu müharibəyə və Qiyamət gününə hazır olmağa çağırıb.

“Biz zühura hazırlaşmalıyıq. Əgər özümüzü 12-ci imamın əsgəri hesab ediriksə, döyüşməyə hazır olmalıyıq. Allahın rəhbərliyi və onun gözəgörünməz köməyi ilə islam sivilizasiyasının qürurunu özünə qaytarmalıyıq. Bu, bizim taleyimizdi. Gənclik, bütün iman əhli bu böyük missiyaya hazır olmalıdır” - deyə, o, bildirib.

Onun fikrincə, dünyanın sonunun (hazırkı formada) çatdığına heç bir şübhə ola bilməz: “Zaman gələcək ki, dünyadakı bütün zülümkarlar məhv olacaq və bəşəriyyət imam Mehdinin işıqlı dövrünə qovuşacaq”.

Rəbbim nə olur olsun.Təki bizi Qiyamət günü bərrərar et!