www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis (61-80)

Məsumların nurlu kəlamlarından 500 hədis (61-80)


11 iyul 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis (61-80)

Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs çox yeməyə adət etsə,ürəyi qəsavətbağlayar (daşlaşar).”

Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs özünü hansı dəstəyə oxşadarsa,həmin dəstədəndir.”

Hədis 63: Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir,özünüzü ondanucuzuna satmayın.”

Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: “Elmiləbirgəolan yuxu,cəhliləbirgəolanibadətdən üstündür.”

Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala övladlarınız arasında,hətta onları öpərkən beləədalətə riayət etməyinizisevir.”

Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”

Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətliolmasınınəlamətibudurki,elçiliyi asan,mehriyyəsi isəyüngül olsun.”

Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: “Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olanmalkifayətdir.”

Hədis 69: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nədediyinə və onunhaqqındanədeyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”

Hədis 70: Həzrət Məhəmməd (s) buyurur: “Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isədaha rəğbətli olanınızdır.”

Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: “Qardaşın (özdin) qardaşına olangizli duası rədd ediləsi deyil.”

Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: “Dünya mö`minin zindanı, kafirinsə behiştidir.”

Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindənartığını saxlayar, malının artığını isəsədəqə verər (paylayar).”

Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: “Alimin iki rəkət namazı,alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”

Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: “Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”

Hədis 76: Həzrət Əli (ə) buyurur: “Kimözünühesabaçəksə, səadətəyetişər.”

Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: “Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”

Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: “Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.”

Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: “Əgər mənim bildiklərimi bilsəydiniz,az gülüb çox ağlayardınız.”

Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: “Bəndə öz dilini saxlamayınca,imanın həqiqətinə çatmaz.”