www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis (1-20)

Məsumların nurlu kəlamlarından 500 hədis (1-20)


6 iyul 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis (1-20)

Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan ALLAH yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”

Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir damla ALLAH yolunda tökülən qan damlasından əziz deyil.”

Hədis 3: İmam Sadiq (ə) buyurur: “Hər kəs ALLAH yolunda öldürülsə, ALLAH-Təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).

Hədis 4: İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs ALLAHa qarşı sui-zənn etmişdir.”

Hədis 5: İmam Sadiq (ə) buyurur: “Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, ALLAH-Təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”

Hədis 6: İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”

Hədis 7: İmam Baqir (ə) buyurur: “Üç şey insanın belini qırır: 1. Öz əməlini böyük saymaq; 2. Öz günahını yaddan çıxarmaq; 3. Öz rəyindən xoşu gəlmək.”

Hədis 8: İmam Sadiq (ə) buyurur: “ALLAH-Təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”

Hədis 9: İmam Həsən (ə) buyurur: “Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”

Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, ALLAH yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”

Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”

Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: “ALLAH-Təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”

Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”

Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”

Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”

Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).”

Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”

Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”

Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: “Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”

Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: “İki saleh qohumundan həya etdiyin kimi ALLAHdan həya et.”