www.nice.az > İslam Dünyası > Ölümü sevmək...
Ölümü sevmək...6 iyul 2012. Müəllif: Menekşe |
![]() Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət mühüm məsələdir. Yəni, möminin ölümdən acığı gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu dünyada qaldıqca insan günahlardan tövbə edə bilər, paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun ölümünü istədikdə gərək ölümü neá¾½mət hesab etsin. Çünki itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost tutmalıdır. Çünki bütün səadətlərə çatmağın yeganə vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc evinə yetmək, Yaradanın neá¾½mətlər büsatına daxil olmaq, həqiqi dostların, yəâ€ni Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi (əleyhimussalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm sayəsində mümkündür. Eləcə də, Allahın istədiyi həddə uzun ömür və əcəlin təxirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün. Əksər adamlarda olduğu kimi dünya ləzzətlərinə görə ölümə ikrahla yanaşıb, dünyada qalmaq istəyi əqlən və şərən (şəriət nöqteyi-nəzərindən) pislənmişdir. Əvvəla, əqlən bu dünyada mütləq xoşbəxtlik yoxdur. “Ağıza yüz sillə vurmamış ona bir tikə qoymazlar.†Axı o hansı ləzzətdir ki, əvvəlində, axırında yüzlərlə narahatçılıq olmasın?! Əgər bu xoşbəxtlik cavanlıqdırsa, axırı mütləq qocalıq və zəifliklə sona yetər; yox əgər dünya səadətinin əsası olan sağlamlığı ləzzət bilsək, onda bu da hər an cürbəcür xəstəliklərlə hədələnir; ləzzətlərə çatmaq üçün vasitə olan var-dövlətdirsə, o da əziyyətlə ələ gəlir və min bir çətinliklə əldə saxlanılır; və əgər vəzifə, mənsəbdirsə, onun da yollarında çox bəlalar, çətinliklər vardır. Nəhayətdə isə bütün sadalanmış “ləzzətlər†puç olub, əldən çıxma ərəfəsindədir. Dünyaya vermə könül, bu vəfasız gözəlçə, Kimsənin məhəbbətin yaşatmamış bir gecə. |