www.nice.az > İslam Dünyası > Bürkülü yay günündə...

Bürkülü yay günündə...


28 iyun 2012. Müəllif: Menekşe
Bürkülü yay günündə...

Odlu - atəşli yay günündə Peyğəmbər xurma ağacının altında uzanıb dincəlirmiş. Birdən - birə kafirlərin cüssəli bir pəhlavanı onun üstünü alır və deyir:
- İndi səni mənim əlimdən kim qurtara bilər?
- Ancaq Allah - təala.
Pəhləvan qılıncını qaldırıb Peyğəmbərə zərbə endirmək istəyəndə Cənab Cəbrayıl onun qolundan vurub qılıncıni yerə salır.
Peyğəmbər qılıncı yerdən götürür və pəhləvandan soruşur:
- İndi səni mənim əlimdən kim xilas edə bilər?
- Ancaq Sən özün, ya Peyğəmbər!
Peyğəmbər pəhləvanı bağışlayır.Qılıncını da özünə qaytarır.
Artıq o da Peyğəmbərə biət edir...

İman Duası

Rəvayətdir ki, bir nəfər mö'min şəxs ( çox arzu edib ) Allahdan istəyib ki, Peyğəmbər Əleyhis - Səlamı yuxuda görsün. Yatır və Allahın Rəsulu Xuda aləmi - röyada mücəssəm olur və Həzrət buyurdu ki, - mətləbin nədir? Mö'min bəndə ərz edib ki,
- Ya Rəsul - Allah!
İmanım kamin olmağını istəyirəm.
Həzrət Rəsul buyurdu: - Al bu duanı oxu, imanın kamil olsun.
O, Allah bəndəsi yuxudan oyanıb, bu duanı yanında görür..
Bu dua Mücir duası olur.