www.nice.az > İslam Dünyası > Dost və dostluq barədə hədislər
Dost və dostluq barədə hədislər17 may 2012. Müəllif: MuntozoR |
![]() *** Peyğəmbər (s.ə.a.s) buyurur: “Hər insan öz dostunun, yoldaşının dininin tə`siri altında olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun.† *** İmam Sadiq (ə.) buyurur: “Elə bir şəxslə dost ol ki, sənə zinət olsun, amma o kəslə dost olma ki, sən ona zinət olasan (yə`ni həmişə özündən yaxşı kəslə dostluq et ki, mə`nəvi irəliləyişlərə çatasan).† *** İmam Sadiq (ə.) buyurur: “Kaş bir şəxsin günah etməsindən xəbərdar olduqda onun yanına gedib deyərdiniz: “Ey filankəs, ya bu günahdan, ya da məndən əl çək. Əgər sənin sözlərinə qulaq asmasa, ondan ayrılın.â€â€  *** İmam Sadiq (ə.) buyurur: “Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.† *** İmam Cə`fər Sadiq (ə.) öz atasından, o, da öz cəddindən belə nəql edir ki, Əli (ə.) buyurdu: “Həqiqətən müsəlman şəxsin üç dostu var. Onlardan biri deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər bir şəxsin öz əməlidir. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, orada səni tərk edəcəyəm. O da onun övladlarıdır. Bir dost da deyir ki, mən səninlə ölənə qədər dostam. Bu da onun sərvəti, malıdır ki, ölən kimi varislərin ixtiyarına keçir.† *** İmam Sadiq (ə.) buyurur: “Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və sə`y et ki, onlardan çoxlu mə`rifət kəsb edəsən. Çünki onlar sənin rifahda yaşadığın vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir.† *** İmam Səccad (ə.) buyurur: “Yaxşı və saleh insanlarla oturub-durmaq insanı layiqli olmağa vadar edir... “  *** İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Ey Kumeyl, hər bir halda haqqı de və müttəqiləri, pərhizkarları sev, fasiq (günahkar və nadürüst) adamlardan uzaq ol, münafiqlərlə yoldaşlıq etmə, xainlərlə bir yerdə oturub-durma.† *** İmam Səccad (ə.) buyurur: “Günahkarlarla yoldaşlıqdan, zalımlara kömək etməkdən uzaq olun.† *** İmam Sadiq (ə.) buyurur: “Hər kəs Allah dostlarının barəsində nalayiq danışan bir şəxsin yanında otursa, şübhəsiz Allah-taalaya qarşı günah etmişdir.† *** İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Ey Kumeyl, hər bir halda haqqı de və müttəqiləri, pərhizkarları sev, fasiq (günahkar və nadürüst) adamlardan uzaq ol, münafiqlərlə yoldaşlıq etmə, xainlərlə bir yerdə oturub-durma.† *** Məhəmməd ibni Müslüm İmam Sadiq (ə.)dan, o da öz atasından belə rəvayət edir ki, “Atam Əli ibni Hüseyn (ə.) mənə dedi: “Ey oğul, beş cür insanlarla yoldaşlıq etmə, onlarla danışma və onlarla yol getmə.†İmam Baqir (ə.) soruşdu: “Atacan, onlar kimlərdir, buyurun.†Həzrət buyurdu: “1)Yalançılarla yoldaşlıq etmə, çünki onlar ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərər. 2)Fasiq (günahkar) şəxslərlə yoldaşlıq etmə, çünki onlar səni bir tikə çörəyə, yaxud ondan da az qiymətə satar. 3)Paxıllarla yoldaş olma, çünki ehtiyaclı olduğun vaxtda səni maldan məhrum edər. 4)Axmaq şəxslərlə yoldaş olma, çünki o sənə xeyir çatdırmaq istəyər, amma nadanlıq ucbatından zərər yetirər. 5)Qohum-əqrəbası ilə əlaqələrini kəsən bir şəxslə yoldaşlıq etmə, çünki mən Allahın kitabında onu üç yerdə lə`nətlənmiş gördüm.† *** İmam Əmirəl-mö`minin Əli (ə.) buyurur: “Sizlərdən bir şəxs, müsəlman qardaşının çətinliyə düşdüyünü bilsə, dərhal onu həll etsin və macal verməsin ki, o, öz istəyini dilinə gətirsin.†|