www.nice.az > İslam Dünyası > HZ.Peyğəmbərdən valideyinlərə 40 nəsihət..
HZ.Peyğəmbərdən valideyinlərə 40 nəsihət..2 may 2012. Müəllif: SiMPLe_GiRL |
![]() 1. Nəsihət: İmanınızı xeyirli gözəl əməllərdə dünyaya əks etdirin. 2. Nəsihət: Yuvanızı qarşılıqlı sevgi rəhmət və şəfqət təməlləri üzərinə qurun. Yuvanızdan sevgi və rəhməti əskik etməyin. 3. Nəsihət: Yuvanızı İslam nuruyla işıqlandırın 4. Nəsihət: Ailə ətrafınızı sadiq və saleh insanlarla təchiz edin. 5. Nəsihət: Özünüzü və ailənizi atəşdən və hüsrandan qoruyun. 6. Nəsihət: Dünyaya gözlərini yeni açan balanızın qulağına azan oxuyun. 7. Nəsihət: Uşaqlarınıza gözəl adlar verin. 8.Nasihət: Balanızın dünyaya gəlişinə sevinin. 9. Nəsihət: Analar uşaqlarınızı əmizdirin. 10. Nəsihət: Atalar! Ailənizin gəlirini halal yoldan təmin edin və bunun bir ibadət bir əcr və mükafat yolu olduğunu bilin. 11. Nəsihət: Uşaqlarınızı sevin və onlara sevginizi göstərin. 12. Nəsihət: Uşaqlarınızı gözəl əxlaqla yetişdirin onları ərkəsöyün böyütməyin. 13. Nəsihət: E gələrkən salam verin və uşaqlarınızı da salam verməyə alışdırın. 14. Nəsihət: Yuvanızın içində gözəl dil istifadə edin. 15. Nəsihət: Uşaqlarınıza ədalətli davranın. 16. Nəsihət: Uşaqlarınıza dua edin onlara qarğış və ya lənət etməyin. 17. Nəsihət: Uşaqlıqdan qaynaqlanan səhvlərini xoş görün. 18. Nəsihət: Uşaqlarla zarafatlaşın. Uşaqlarınıza gözəl nümunə olun. 19. Nəsihət: Uşaqlarınıza gözəl sözlər və iman əsaslarını öyrədin. 20. Nəsihət: Uşaqlarınıza Quran öyrədin. 21. Nəsihət. Uşaqlarınıza ibadət duyğusundan danışın. Onlara necə namaz qılacaqlarını necə oruc tutacaqlarını öyrədin. 22. Nəsihət: Uşaqlarınıza gözəl xüsusiyyətlər öyrədin. 23. Nəsihət: Uşaqlarınıza ev içi ədəbi ilə əlaqədar məlumatlar verin onları öyrədərək gözəl vərdişlər qazandırın. 24. Nəsihət: Elmi sevin və uşaqlarınıza elm sevgisini örədin. 25. Nəsihət: Ailə içindəki məsuliyyətlərinizi bilin və uşaqlarınıza yaş və vəziyyətlərinə uyğun məsuliyyət verin. 26. Nəsihət: Ana və atanız üçün xeyirli övlad olun uşaqlarınıza da gözəl nümunə 27.Nasihat: Qohumlarınızla bağlarınızı qoruyun. 28. Nəsihət: Uşaqlarınıza şəxsiyyətli olmağı başqa zehniyyətləri təqlid etməməyi olduğu kimi görünməyi öyədin. 29. Nəsihət: Ailənizə və uşaqlarınıza zaman ayırın. 30. Nəsihət: Böyüklərinizə hörmət kiçiklərinizə şəfqət və mərhəmət göstərin. 31. Nəsihət: Əsl məqsədin və hədəfin nə olduğu yuvanızda olan hər fərd tərəfindən bilinməlidir. Bu şüuru yuvanızda cücərdin. 32. Nəsihət: Ailə yuvanızda israfdan uzaq durun. 33. Nəsihət: Qənaətkar olun. 34. Nəsihət: Evinizin, özünüzün və uşaqlarınızın maddi mənəvi təmizliyinə diqqət yetirin 35. Nəsihət: Uşaqlarınızın yaxşı yoldaşlar əldə etmələrinə diqqət yetirin. 36. Nəsihət: Uşaqlarınızın səhv vərdişlər əldə etməsinə fürsət verməyin. 37. Nəsihət: Uşaqlarınızı öz cinslərinə uyğun olaraq yetişdirin. 38. Nəsihət: Uşaqlarınızı açıq sözlü yetişdirin 39. Nəsihət: Ailə sirlərinizi çölə verməyin 40. Nəsihət:Yoldaşınızın və uşaqlarınızın duyğularını anlayın zaman zaman özünüzü onların yerinə qoyun və müsbət istiqamətdə addımlar atın... |