www.nice.az > İslam Dünyası > Kəfəniniz Sizin Olsun...

Kəfəniniz Sizin Olsun...


13 aprel 2012. Müəllif: HiTMaN
Kəfəniniz Sizin Olsun...

Bir qoca... Ömürünün son dəmlərini yaşamaqda... Səfərdə... Azuqəsi bitmiş. Ac... Susuz. Bir qəsəbəyə gəlir. Məscidə gedir... Xoş gəldin deyən yox, pərişan halına baxıb bir ehtiyacın varmı deyən yox. Yalnız boş və donuq gözlərlə baxırlar... Axşam olur.. Namaz. Şam olur. Namaz. Buyur edən yox. Tək başına məsciddə. Allahın evində. Allahın qonağı. O gecə ölür. Bəlkə də aclıqdan.

Səhər namazına gələn eyni insanlar. Xariciyə qarşı vəzifələrini edirlər. Yuyurlar, kəfənliyirlər və basdırırlar.

Basdırıldığının gecəsi yenə səhər namazı. O da nə; Mehrabda bir kəfən. Kəfən. Bir kağız. Kağız boş deyil. Bir yazı:

- Biz sizə bir qonaq göndərdik. Həm yorğun idi. Həm də ac. Onu qonaq etmədiniz. Nə yedirdiniz nə də içirdiniz. Alın istəmirik. Kəfəniniz də sizin olsun!

Aman... Aman... Diqqət. Gələn Allah qonağıdır... Aman... Aman ha