www.nice.az > İslam Dünyası > İmam Rzanın eşqinə [şeir]
İmam Rzanın eşqinə [şeir]10 mart 2012. Müəllif: GHoSTMaN |
![]() Əl açıb elyirik dua İmam Rzanın eşqinə Sən bizə rəhm eylə xuda İmam Rzanın eşqinə Qəlbən islama bağlıdı İlahiyə həbibdi o , Xudadan əlni üzməyən mərizlərə təbibdi o . Qardaşlarından ayrıdı Xorasanda qəribdi o , Şirin canım olsun fəda İmam Rzanın eşqinə Bəndənin Allahdı yazan alnına taleh yazısın , Kimki əgər darda qalıb datsa həyatın acısın . İmam Rzaya üz tutub döyər o hacət qapısın , Dərdinə istəyər şəfa İmam Rzanın eşqinə Ondan heç əsirgəməyib İlahi öz şəfaətin , Çünki görübdür ağanın səxavətin sədaqətin . Hansısa eşqi sevdanın hansısa bir məhəbbətin , Bənzəri varmı əcaba İmam Rzanın eşqinə Tək sənin həsrətindədir bəla çəkir cümlə cahan , Haqqı nahaq tapdalayır bilinməyir doğru yalan . İsmini zikr eyləyirik zühr elə ya İmam Zaman , Səni and veririk ağa İmam Rzanın eşqinə Möminə zindandı həyat , eşq ilə qəlbi dağlayır , Fərqi yoxdu hansı məkan İmam yasını saxlayir . Nəcür ki Şəhri-Xorasan Hüseyn üçün qan ağlayır , O halətdi Kərbəla İmam Rzanın eşqinə Əhli-Beyt sevgisidi olubdu aləmdə məcid , İmam Hüseynde can verib Kərbəlada olub şəhid . Niyyətidi şövq ilə canı fəda etsin həmid , Ya ağamız Hüseynin ya İmam Rzanın eşqinə |