www.nice.az > İslam Dünyası > Cümə duası
Cümə duası5 fevral 2012. Müəllif: HiTMaN |
![]() Allahım, səndən başqa kimsəmiz yoxdur.İlahi, son nəfəsimdə özümə malik olmadığım zaman bu duamı sənə əmanət edirəm. Allahım, məni bağışla,ruzimizi bol eylə, qəbrimizi nur eylə,sual mələklərinin cavabını qadir eylə.Əvvəlim Allah, axirətim Allah,ürəyimdə beytullah Lailahe İlallah Muhammədun Rəsulullah. "Əşhədu ən la ilahə İlallah və əşhədu ənnə Muhammədən əbduhu və Rasûlühü" deyərək çənə bağlamaq nəsib et, Rəbbim. Allahım, şeytanın şərindən, qəbirdəki ilanlardan, ölümün dəhşətindən, qəbir əzabından,siratın zülmətindən mühafizə eylə, Allahım. Amin. Allahu-Təala tövbə edib tövbəsinə sadiq olan qullardan olmağı nəsib et Cümləmizi ... Nə gözəldir "Ya Rəbbim, mən peşmanam" deyə bilmək .... Nə gözəldir "bağışla" deyə bilmək... "Ya Rəbb" deyincə, Rəbbimizin "Buyur, Qulum" deyərək cavab verməsi, "Mən peşmanam bütün etmiş olduğum günahlardan" deyərkən səmimiyyətlə təslim ola bilmək və RƏBBİM Mələklərinə: "Şahid olun, qulumu bağışladım" deyə buyurması nə gözəldir. Tövbə qapısından keçməyi Cümləmizə nəsib eylə Yarəb". |