www.nice.az > İslam Dünyası > Keçmiş namazların qəzası

Keçmiş namazların qəzası


4 oktyabr 2011. Müəllif: hebibi_p
Keçmiş namazların qəzası

Əvvəla onu qeyd edək ki, namzaların qəzasının, yəni daha əvvəl müəyyən səbəblərlə qılınmayan namazın vaxtı keçdikdən sonar qılınması qaydası şiə-Cəfəri məzhəbinə görə, vacibdir. Ümumi qaydaya əsasən vacib namazı vaxtında qılmamış şəxs onun qəzasını yerinə yetirməlidir. Yəni, namazın əvvəl vaxtından son vaxtınadək yuxuda olmağın, xəstəliyin, məstliyin bu hökmə təsiri yoxdur.

Burada bir neçə xüsusi istisnalar var. Namazın əvvəl vaxtından son vaxtınadək, yəni vacib əda dönəmində huşunu itirmiş şəxsə həmin namazın qəzası vacib deyil. Eləcə də, İslamı qəbul etmiş kafirə, heyz və nifas halında olan qadına qəza namazı vacib deyil.

Keçmiş namazların qəzası

Şəriət hökmlərində qeyd olunur ki, insan öləndən sonra üzərində qılmadığı namazlar, yəni qəzaları qalıbsa, onun qəzaları böyük oğluna vacib olur. Yəni, böyük oğul atasının, (bəzi alimlərin rəyinə əsasən ehtiyata görə, anasının da) qılmadığı namazların qəzasını qılmalı və ya bunu qılacaq bir insan tapıb ücrət müqabilində qəzaları qıldırmalıdır. Ancaq həyatda olan adam qılmadığı namazların qəzasını ücrətlə qıldıra bilməz.
Qeyd edək ki, müsəlmanın vaxtında (əda) qıla bimədiyi namazlarını sonradan
qəzasını qılması ilə bağlı İslam şəriətinin əsas qaynağı olan Qurani
Kərimdə məlumat yoxdur. Yeri gəlmişkən Qurani Kərim namazların
neçə rikətli olduğu haqda da bilgi vermir. Bu barədə bilgilər
digər şəriət mənbələri hədis, icma və əql vasitəsilə əldə olunur

Keçmiş namazların qəzası

Hədislərin birində bu cür qeyd olunur:
"Zürarə deyir ki, İmam Sadiqdən (Şiə-Cəfəri məzhəbinin
yaradıcısı, 6-cı İmam Cəfər Sadiq (ə)) soruşdum:


- Bir nəfərin səfərdə namazı qəzaya gedir. Vətəninə qayıdandan sonra yadına düşür.


- Imam (ə) cavabında buyurdu:
Qəzaya getmiş namazını qəzaya getdiyi kimi qılmalıdır.
Əgər səfər zamanı qəzaya gedən namazını evində qılırsa, səfərdəki
kimi (yəni iki rikət) qılmalıdır. Eləcə də evində qıldığı namazı
səfər zamanı qəza etmək istəsə gərək evindəki kimi (yəni 4 rikət) qılsın.

(Əl-Kafi. 3-cü cild. Səhifə 435)


Keçmiş namazların qəzası