www.nice.az > İslam Dünyası > Qadının ətirlənməsi

Qadının ətirlənməsi


21 sentyabr 2011. Müəllif: Honey
Qadının ətirlənməsi

Sual: Məktəbə və yaxud xəstəxanaya gedərkən, yaxud
qohumları və qonşuları ziyarət edərkən qadının
ətrilənərək bayıra çıxmasına şəriətdə icazə verilirmi?


Cavab: Əgər qadın (yalnız) qadınların olduğu yığıncağa gedirsə
və gedəcəyi yolda kişilərin yanından keçməyəcəksə o zaman
ətirlənmək olar. Lakin kişilərin olduğu bazara ətirlənərək getməsinə gəldikdə buna icazə verilmir.

Çünki peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: ..?
Hansı qadın ətirlənibsə bizimlə namaza durmasın..?.



Bu mənada rəvayət olunan digər hədislərdən dolayı,
qadının ətirlənərək kişilərin yanından və kişilərin toplaşdığı yerlərdən
keçməsi qadının səbəbi ilə meydana gələn fitnə vasitələrindəndir.
Eynilə qadına örtünmək vacibdir və təbərrücdən
(gözəlliyini (yad kişilərə) nümayiş etdirməkdən) çəkinməlidir.