www.nice.az > İslam Dünyası > Bildiklərimiz və bilmədiklərimiz

Bildiklərimiz və bilmədiklərimiz


13 sentyabr 2011. Müəllif: fidaska
Bildiklərimiz və bilmədiklərimiz

Peyğəmbər(s.ə.s): Günəşdə dörd xüsusiyyət var: rəngi dəyişdirir, bədənin iyini pisləşdirir, paltarı köhnəldir və xəstəlik yaradır.

Peyğəmbər(s.ə.s): Yemişdən istifadə edin. Onda on xüsusiyyət var: O, yeyilən, içilən, yuyucu və xoş ətirlidir. Sidik kisəsini və qarnı yuyur, bel suyunu və cinsi qabiliyyəti artırır, soyuqluğu aradan qaldırar və dərini təmizləyir.

Peyğəmbər(s.ə.s): Acqarına xurma yeyin. O, qarındakı qurdları öldürər.

İmam Sadiq (ə): Bərk xəstələnmişdim. Qarnım ağrıdı, cismim zəiflədi. Əmr etdim ki, düyü qaynatsınlar. Ondan sıyıq hazırladılar. Yeyəndən sonra özümə gəldim.

Peyğəmbər (s.ə.s): Ət iyi verən (çirkli) dəsmalı evdə saxlamayın. O, şeytanların yığışdığı yerdir.
Peyğəmbər (s.ə.s): Hər kəsin xəstəliyi yüngüldürsə, dərman qəbul etməsin. Çünki çox dərmanlar var ki, xəstəlik gətirər