www.nice.az > İslam Dünyası > Zərrə qədər hicrinə tabım da yox

Zərrə qədər hicrinə tabım da yox


5 sentyabr 2011. Müəllif: vusaal
Zərrə qədər hicrinə tabım da yox

Zərrə qədər hicrinə tabım da yox,

Göz yaşını yığmağa qabım da yox.

Zərrə qədər hicrinə tabım da yox

Aləmə ah-naləmi ərz eyləyən,

Bircə qırıq telli rübabım da yox.

Zərrə qədər hicrinə tabım da yox

Düşdüyüm eşqin sualı min dənə,

Heç birinə karrı cəvabım da yox.

Zərrə qədər hicrinə tabım da yox

Dərdimi könlümdə yığıb saxladım,

Yarıma layiqli xitabım da yox.


Zərrə qədər hicrinə tabım da yox

Boğmağa tüğyan eləyən qəmləri,

Əldə piyaləm də, şərabım da yox.

Zərrə qədər hicrinə tabım da yox

Ömrümü dəftər-qələmə vermişəm,

İndiyəcən yönnü kitabım da yox.

Zərrə qədər hicrinə tabım da yox

Yasini öldürsə qəmin söylə ki,

Getdi daha xanəxarabım da yox.