www.nice.az > İslam Dünyası > Qurani-Kərimdə qızıl nisbəti

Qurani-Kərimdə qızıl nisbəti


2 sentyabr 2011. Müəllif: Birtanem
Qurani-Kərimdə qızıl nisbəti


QIZIL NİSBƏTİN SAYI 1,618-DİR.


"Allah hər şey üçün bir nisbət (hədd, müddət) təyin etmişdir. "(Talaq Surəsi, 3)

Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk Surəsi, 3-4)

O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir. (Furqan Surəsi, 2)

İNSAN ÜZÜNDƏ QIZIL NİSBƏT

* Üst çənədəki iki qabaq dişin enləri cəminin onların uzunluğuna nisbəti

* İlk dişin eninin mərkəzdən ikinci dişə nisbəti

* Üzün uzuluğunun eninə nisbəti

* Dodaqla qaşların birləşmə yeri arasındakı məsafənin burunun uzunluğuna nisbəti

* Üzün uzunluğunun çənə ucu ilə qaşların birləşmə yeri arasındakı məsafəyə nisbəti

* Ağız uzunluğunun boynun eninə nisbəti

* Burun eninin burun deşikləri arasındakı məsafəyə nisbəti QIZIL NİSBƏTİ GÖSTƏRİR.

DÜNYANIN QIZIL NİSBƏT NÖQTƏSİ: MƏKKƏ

MƏKKƏ ŞƏHƏRİNİN ŞİMAL QÜTBÜNƏ OLAN UZAQLIĞI İLƏ CƏNUB QÜTBÜNƏ OLAN UZAQLIĞININ NİSBƏTİ QIZIL NİSBƏT SAYINI VERİR: 1,618

MƏKKƏ ŞƏHƏRİNİN CƏNUB QÜTBÜNƏ OLAN UZAQLIĞI İLƏ İKİ QÜTB ARASINDAKI UZAQLIĞIN BİR-BİRİNƏ OLAN NİSBƏTİ QIZIL NİSBƏT SAYINI VERİR: 1,618

DÜNYANIN MƏRKƏZİNİ TƏYİN ETMƏK ÜÇÜN HESABLAMA METODU HALINA GƏLMİŞ EN DAİRƏSİNƏ VƏ UZUNLUQ DAİRƏSİNƏ GÖRƏ DÜNYANIN QIZIL NİSBƏT NÖQTƏSİ MƏKKƏDİR.

MƏKKƏDƏ GÜNLƏRİN DƏYİŞDİYİ VƏ GÜN DƏYİŞMƏ XƏTTİ OLARAQ TƏYİN OLUNAN XƏTTƏ QƏDƏR OLAN ŞƏRQ UZAQLIĞI İLƏ QƏRB UZAQLIĞININ BİR-BİRİNƏ OLAN NİSBƏTİ QIZIL NİSBƏT SAYINI VERİR: 1,618

MƏKKƏNİN GÜN DƏYİŞMƏ XƏTTİNƏ QƏRB UZAQLIĞININ DÜNYANIN O PARALELDƏKİ DAİRƏ UZUNLUĞUNA OLAN NİSBƏTİ QIZIL NİSBƏT SAYINI VERİR: 1,618

QURANDA MƏKKƏDƏN BƏHS EDƏN AYƏDƏ OLAN QIZIL NİSBƏT:

QURANDA MƏKKƏ SÖZÜNÜN KEÇDİYİ SADƏCƏ BİR AYƏ VAR:

ALİ-İMRAN SURƏSİ, 96-CI AYƏ:

"Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır."

BU AYƏDƏ 47 HƏRF VAR. HƏRF SAYLARININ QIZIL NİSBƏTİNƏ BAXANDA MƏKKƏ ŞƏHƏRİNİ İŞARƏ EDİLDİYİNİ GÖRÜRÜK.

47 : 1,618 = 29

AYƏNİN BAŞLANĞICINDAN MƏKKƏ SÖZÜNƏ QƏDƏR 29 HƏRF VAR.

LEANARDO PƏRGARI İLƏ DÜNYA XƏRİTƏSİNDƏN ƏLDƏ EDİLƏN NİSBƏTLƏRDƏ MƏKKƏ ŞƏHƏRİNİN ƏRƏBİSTANİN QIZIL NİSBƏT BÖLGƏSİNDƏ, KƏBƏNİN DƏ MƏKKƏNİN QIZIL NİSBƏT BÖLGƏSİNDƏ OLDUĞUNU GÖRÜRÜK.



Bütün dünyaya hakim olan bu fövqəladə nisbət Uca Allahın hər şeyi bir nizam, nisbət, simmetriya və mükəmməllik içində yaratdığının sübutudur. Bu əhəmiyyətli sübut, darvinistlərin bütün iddialarını köküdən yox etməyə kifayətdir. Bütün kainat, Allahın üstün və bənzərsiz əsərlərinin sərgiləndiyi iman həqiqətidir. Şübhəsiz ki, Allah bu möhtəşəm sənəti, bunun daha da yaxşısını yaratmağa qadirdir.