www.nice.az > İslam Dünyası > Cüməniz mübarək olsun!

Cüməniz mübarək olsun!


24 iyun 2011. Müəllif: fidaska
Cüməniz mübarək olsun!

Lüğəti baxımdan mənasını ifadə edən həftənin günlərindən birinin adıdır. Əslində, bu günün belə adlandırılmasının səbəbi insanların həmin gün bir yerə toplanmasıdır. Cümə günü müsəlmanlar günorta namazı zamanı bir araya gəlib, birlikdə ibadət edirlər. Bu-cümə namazı adlanır. İslam baxımından cümə günü günlərin ən üstünüdür. Cümə günü günahların bağışlandığı, Yer üzünə mələklərin xeyir-bərəkətlə nazil olduqları gündür. Cümə gününün müsəlmanlar arasında istirahət günü kimi qəbul edilməsinin kökü, əslində Həzrəti İbrahimdən qalmadır. Müsəlmanlar da bu işdə həmin ənənəyə əməl edirlər. Muhəmməd Peyğəmbər (s.a.s) deyir: Dini mənbələrdə bir çox mühim hadisələrin cümə günü baş verdiyi bildirilir. Peyğəmbər (s.a.s) və imamlardan cümə günü bəzi ibadətlərin yerinə yetirilməsi və bir sıra duaların oxunması tövsiyə edilib. Hədislərdə cümə günün ən fəzilətli əməllərindən biri Peyğəmbər(s.a.s) və onun Əhli-Beytinə salavat göndərmək olması da qeyd edilib.
Peyğəmbər (s.a.s) deyir: Cümə günü günlərin ağasıdır....Həmin gündə bir saat var ki, həmin vaxt kim nə diləsə və istədiyi şeydə haram olmasa, ALLAH-TƏALA onun isətiyni yerinə yetirər...


Cüməni mübarək olsun, əziz müsəlman bacı və qardaşlarım!