www.nice.az > İslam Dünyası > Ən böyük xoşbəxtlik iksiri nədir?

Ən böyük xoşbəxtlik iksiri nədir?


21 iyun 2011. Müəllif: Mikoladka
Ən böyük xoşbəxtlik iksiri nədir?


Ən böyük xoşbəxtlik iksiri nədir?
Xoşbəxtlik nə sudakı enerjidir, nə də çörəkdəki qidadır. Xoşbəxtlik nə tapdalamaqdan, nə iyləməkdən, nə də toxunmaqdan doğular. O əllə tutula bilməz bir cənnət qoxusudur ki ürəyə ancaq qeybdən endirilsə hiss edilər. Elə isə ürəyin xoşbəxtliyini, ancaq ürəyi Yaradandan əldə edə bilərsiniz. Ürəyi Yaradan da ancaq, o ürək minnət etsə, təşəkkür etsə, qədərini, imtahanını, əziyyətini səbrlə və təşəkkürlə bildirsə o ürəyə xoşbəxtliyi bəxş edər. Elə isə yaşasın şükr! Yaşadığımız üçün həmd olsun.
Gördüyümüz, iylədiyimiz, eşitdiyimiz və danışdığımız üçün həmd olsun.
Sevə bildiyimiz, dostlar əldə edə bildiyimiz, təmizlənə bildiyimiz, doya bildiyimiz, gözəl duyğular yaşaya bildiyimiz üçün həmd olsun.
Günəşi görə bildiyimiz, yağışı eşidə bildiyimiz, həyatın dəyişik gözəlliklərini kəşf edə bildiyimiz, anlayacaq bir ağla və hiss edəcək bir ürəyə sahib olduğumuz üçün həmd olsun.
Və bizi sonsuz bir ölümsüzlük, tərifsiz bir cənnət gözlədiyi üçün şükr olsun. Ən əhəmiyyətlisi, Şəfqətli Sahibimizin bizim özünü bilməmizi, Özünə inanıb yapışmamızı və ən çətin və ən qaranlıq zamanlarda Varlığını bilməmizi və beləcə etibarlı bir təsəlliyə qovuşmamızı təmin etdiyi üçün həmd olsun.
Gəlin, həmd ilə oyanaq və həmd ilə yataq. Gözlərimiz şükrlə açılsın günə və şükrlə bağlansın gecəyə. Çünki kim daha çox və daha içdən həmd etsə, xoşbəxtlik işığı, dinclik və müvəffəqiyyət yerdən və göydən onun ürəyinə daha çox axar.