www.nice.az > İslam Dünyası > Kəlime-i şəhadətin ağırlığı
Kəlime-i şəhadətin ağırlığı16 iyun 2011. Müəllif: Sparrow |
Kəlime-i şəhadətin ağırlığı Rəsulullah (s.a.v.) Əfəndimiz bir gün ixlasla söylənmiş bir kəlme-yi şəhadətin axirətdə möminin tərəzisinin sağ gözündə necə yüksəldəcəyini belə buyurmuşdu: -"Əziz və Cəlil olan ALLAH-TƏALA qiyamət günü ümmətimdən bir adamı xalqın içindən alar və onun üçün doxsan doqquz ədəd böyük dəftər açar. Hər dəftər gözün ala bildiyi qədər böyükdür. ALLAH insandan soruşar: -"Bu dəftərdə yazılanları inkar edirsən? Katiblərim (olmayan şeyləri yazaraq sənə) zülm etmişlərmi?" Qul: -"Ey RƏBBİM,xeyr,(hamısı doğrudur!)": deyər. ALLAH TƏALA soruşar: -"(Bu günahları işləməyindən ötrü bəyan edəcəyin) bir üzrün varmı?" Qul: -"Xeyr,ey RƏBBİM.": deyər. Əziz və Cəlil olan ALLAH soruşar: -"Bəli,sənin bizim yanımızda (böyük və məqbul) bir də yaxşılığın var. Biz bu gün sənə zülm etməyəcəyik!": buyurur. Həmin an bir kart çıxarılır. Üzərində "Əşhədü ənla ilahə illəllah və əşhədü ənnə Muhammədən Rəsulullah (Şahidlik edirəm ki,ALLAH-dan başqa ilah yoxdur. Və şahidlik edirəm ki,Muhamməd ALLAH-ın Rəsuludur) yazılır. Sonra ALLAH TƏALA buyurur: -"Ağırlığını (yəni əməllərini) hazırla!". Qul soruşar: -"Ey RƏBBİM! Bu dəftərin yanındakı bu kart nədir?". ALLAH ona: -"Sənə zülm edilməyəcəkdir!": buyurur. Həmin an dəftərlər mizanın bir gözünə qoyulur,kart da digər gözünə. Çəkilirlər. Nəticədə dəftərlər yüngül qalar,kart isə ağır gələr. Əsasən ALLAH-ın adı yanında heç bir şey ağır olmaz! |