www.nice.az > İslam Dünyası > Haqqın aynası

Haqqın aynası


10 iyun 2011. Müəllif: fidaska
Haqqın aynası

Haqqın aynası

Bir gün Əbu Cəhl Peyğəmbərimiz haqqında: “Bu Məhəmməd o qədər çirkindir ki, hər dəfə sifətini görəndə, ödüm ağzıma gəlir”, - deyir.
Orada olan Həzrəti Əbubəkir isə cavabında: “Məhəmməd o qədər gözəldir ki, hər dəfə onu görəndə ürəyim açılır.”
Tez bu hadisəni gəlib Rəsulullaha xəbər verirlər. O, gülümsəyir və deyir
- Hər ikisi düz danışır. Mən Haqqın aynasıyam, hər kəs məndə özünü görür”.

Qəlblər

Huzeyfə bin Yəman belə deyir:

- Qəlblər dörd cürdür: kilidli qəlb - bu, kafirin qəlbidir;
ikiüzlü qəlb - bu münafiqin qəlbidir, kafirə kafir, möminə mömin kimi görünür;
nurlu qəlb - bu, möminin qəlbidir, içində həm iman, həm də nifaq olan qəlb. Bu
iki ünsürdən hansı qalib gələrsə, qəlb onunla olur.
[center][/center]