www.nice.az > İslam Dünyası > ALLAH sevgisi və qorxusu bir yerdədir
ALLAH sevgisi və qorxusu bir yerdədir7 iyun 2011. Müəllif: fidaska |
Allahı bütün sifətləriylə tanıyan, Onun böyüklüyünü lazımı kimi təqdir edən, ağıl və vicdan sahibi hər insan, Allahdan gücü çatdığı qədər qorxub çəkinir. Allah, Özündən qorxub çəkinən qullarına doğru ilə yalnışı bir-birindən ayırmaq üçün xüsusi bir qabiliyyət verir; Allahın əmrlərinə əskikliyə yol vermədən tabe olması, hər zaman vicdanına görə hərəkət etməsi üçün ona güc verir. Allah qorxusu olmayan hər insanın özünə görə bir həddi vardır; o həddə qədər dürüst və doğru olsa belə, bəzən bir səbəbə görə artıq nəfsi üçün hərəkət edir. Allahdan qorxub çəkinən insan isə, nə qədər çətin vəziyyətdə qalırsa qalsın, heç vaxt bəzi səbəblərə görə Allahın razı olmayacağı bir yolu seçmir. Bir çətinliklə qarşılaşdığında Allaha güvənərək Ona sığınır, özünə bir çıxış yolu göstərməsi üçün Rəbbimizə dua edir və ixlasla Ona təvəkkül edir. Allah qullarını sevən, onlar üçün gözəllik bəxş edən, onları bağışlayan, mərhəmət edən, onlara kömək edən və qarşılıqsız olaraq lütf edəndir. Müşriklər və inkar edənlər isə Allahın diləməsiylə Onun rəhmətindən məhrum olan kimsələrdir . Sonsuz ədalət sahibi olan Rəbbimiz, Özünə səmimi qəlblə iman edən saleh qullarını dünyada və axirətdə rəhmətiylə mükafatlandıracaq, inkardan dönməyən kəsləri isə cəhənnəm əzabıyla əzablandıracaq. |