www.nice.az > İslam Dünyası > Hicab

Hicab


17 aprel 2011. Müəllif: Muslim_Girl
Hicab



Hicab - mənim mənliyimdir.

Hicab - mənim kimliyimdir.

Hicab - mənim məxsusiliyimdir.

Hicab - mənim itaətimdir məni yaradanın əmrlərinə.

Hicab - mənim təslimiyyətimdir.

Hicab - mənim imanımın işarəsidir.

Hicab - mənim dinimdir.

Hicab - mənim əqidəmin zərurətidir.

Hicab - mənim "mən" olmağımdır.

Hicab - mənim var olmağımdır, eyni zamanda
yox olmağımdır - Onun sözü qarşısında nəfsimin yoxluğudur.


Hicab - mənim şeytanla döyüşdə qalxanımdır, qılıncımdır.

Hicab - mənim "kəlməyi-şəhadət"imdir.

Hicab - mənim şəxsiyyətimdir.

Hicab - mənim ixtiyarımdır.

Hicab - mənim qadınlıq qürurumdur.

Hicab ∓ mənim üçün iffət simvoludur.

Hicab - mənim zəfərim, qalibiyyətimdir, zamanın yalnış tələblərinə.

Hicab - mənim zamanın axarında qərq olanlara "Dayan!" nidamdır.

Hicab - mənim cihadımdır.

Hicab - mənim asanlığım deyil,
çətinliyimdir- axı çətinliklə qazanılan daha dəyərlidir.


Hicab - mənim ağır yüklü dəyərimdir.

Hicab - mənim əxlaqi-zərurətdən doğan məhdudiyyətimdir.

Hicab - mənim azadlığımdır - "azadlıq" şüarı altında
neçə minlərlə oyunların aləti olmağın müqabilində.


Hicab - mənim xatırlamam və həm də xatırlatmamdır yaradılana Yaradanı.

Hicab - mənim örpəyimdir.

Hicab - mənim təmizliyimdir yad baxışların çirkinliyindən.

Hicab - mənim naməhrəmlər qarşısında cismani pərdəmdir.
Amma Allahla mənim aramdakı pərdələri götürən məhrəmliyimdir.

Hicab - məni Onunla məhrəm edən muxtariyyətimdir.