www.nice.az > İslam Dünyası > Gəncliyə 20 tövsiyyə
Gəncliyə 20 tövsiyyə30 mart 2011. Müəllif: Sparrow |
![]() Gəncliyə 20 tövsiyyə Ömürünü İslama vəqf edən Şəhid İmam Həsən Əl Bennadan hər yaşda Müsəlmanın qulağına sırğa olacaq 20 qızıl tövsiyə… 1-Şərtlər nə olursa olsun əzanı eşitdiyiniz zaman namaza qalxın. 2-Quran'i Kərimi oxuyun, araşdırın və ya dinləyin. 3-Dilinizi düzgün danışmağa çalışın. Çünki bu Müsəlman olmanın əlamətidir. 4-Heç bir mövzuda həddindən artıq mübahisə etməyin. Çünki mübahisə heç bir zaman fayda verməz. 5-Çox gülməyin. Çünki Allaha bağlı olan könül sakit və təmkinli olar. 6-Çox şıltaqlıq etməyin. Çünki mücahid bir millət ciddilikdən başqa bir şey tanımaz. 7-Dinləyicinin eşidəcəyindən çox səsinizi yüksəltməyin. Çünki bu eqoizm və əziyyət verməkdir. 8-İnsanlar haqqında danışmaqdan və rəftarları kiçik hesab etməkdən çəkinin. Xeyrdən başqa bir şey danışmayın. 9-Qarşılaşdığınız insanlarla sizdən istəməsə belə tanış olmağa çalışın. 10-Görəvlər vaxtlardan çoxdur. Vaxtdan faydalanmaq üçün başqasına köməyinizi əsirgəməyin. Edəcək bir vəzifəniz varsa onu ən qısa yoldan ən gözəl şəkildə bitirməyə çalışın.[/size] 11-Hər barədə təmizliyə əhəmiyyət verin. Evinizdə, paltarlarınızda, bədəninizdə, iş yerinizdə. Çünki dinimiz təmizlik üzərinə qurulmuşdur. 12-Əhdinizə, sözünüzə və vədlərinizə vəfa göstərin. Şərtlər nə olursa olsun bunlara müxalif çıxmayın. 13-Oxuma və yazmanızı sağlamlaşdırın. Kiçik də olsa özünüzə aid bir kitabxananız olsun. İxtisas sahibisinizsə sahənizdə dərinləşin. 14-Hökümət vəzifələrinə düşkün olmayın və onları ruzinin ən dar qapısı olaraq bilin. Amma sizə verildiyi zaman da rədd etməyin. İddianın öhdəçilikləri ilə tamamilə zidd düşmədiyi müddətcə bu vəzifələrdən ayrılmayın. 15- Malınızın bir qisimi ilə iddiaya qatılın üzərinizə fərz olan zəkatı camaata verin. Gəliriniz nə qədər az olursa olsun ondan kasıb və yoxsullara bir haqq ayırın. 16- Az da olsa malınızın bir qisimini gözlənilməz hadisələr üçün ayırın və qətiyyən lüks əşyaya qapılmayın. 17- Dayanmadan tövbə və istiğfar edin. Yatmadan əvvəl bir neçə dəqiqənizi nəfsinizi mühasibliyə ayırın. Şübhəli şeylərdən qaçının ki harama düşməyəsiniz. 18- Əyləncə yerlərinə yaxınlaşmamaq üçün çalışmalı və onlara qarşı mübarizə aparmalısınız. Bütün rahatlıq və rəhavət görünüşlərindən uzaqlaşın. 19- Hər yerdə iddianızı yaymağa çalışın. Nəfsinizlə şiddətli bir şəkildə mübarizə edin ki onu ələ alasınız; gözünüzü haramdan ayırın, duyğularınıza hakim olun. 20- Davamlı olaraq camaatla ruhən və əmələn əlaqəli olun və özünüzü daim hərbidə əmr gözləyən bir əsgər kimi qəbul edin. BUYURUN... Ümid edirəm ki, əməl etməyə çalışacaqsınız... |