www.nice.az > İslam Dünyası > Peyğəmbərimiz Məhəmməd (s) -dən hədislər

Peyğəmbərimiz Məhəmməd (s) -dən hədislər


18 mart 2011. Müəllif: fidaska
Peyğəmbərimiz Məhəmməd (s) -dən hədislər


Məhəmməd peyğəmbər (s) -buyurub;

1. Bismillahir Rəhmanir Rəhim hər bir yazının başlığıdır.

2. Xeyirlərin hamısı bir otağa yığılmışdır və onun açarı dünyaya meyl göstərməməkdir.

3. Allah öz gəncliyini Allaha itaətə həsr edən cavanı sevər.

4. Övladın ata-ana üzünə məhəbbətlə baxışı ibadətdir.

5. Allah bir bəndəyə xeyir vermək istəsə, ona saleh bir dost nəsib edər.

6. Həqiqətən Allah məni, Əlini, Fatiməni, Həsən və Hüseyni və imamları bir nurdan yaratmışdır.

7. Allah Təala bir ailənin xeyrini istəyəndə onların üzünə mülayimlik qapısı açar.

8. Namaz hər bir xeyrin açarıdır.

9. Cənnətin Rəyyan adlı qapısı vardır, ordan yalnız oruc tutanlar daxil olar.

10. Allah ona təvəkkül edənə kifayət edər və gümanı gəlmədiyi yerdən ruzusunu yetirər.