www.nice.az > İslam Dünyası > Əl-Bəqərə ("İnək") Surəsi [10]

Əl-Bəqərə ("İnək") Surəsi [10]


25 mart 2011. Müəllif: Sparrow
Əl-Bəqərə ("İnək") Surəsi [10]

Əl-Bəqərə ("İnək") Surəsi [10]

Əl-Bəqərə ("İnək") Surəsi [10]

87. [Ey İsrail övladı!] Biz Musaya kitab [Tövrat] verdik,
ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr
[dəlillər] bəxş etdik və onu müqəddəs ruhla [Cəbraillə və ya ismi-əzəmlə]
qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey [əmr, buyuruq] gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi?
Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz [Zəkəriyya və ya Yəhya kimi].

88. [Yəhudilər Quranı anlamaq və qəbul etmək barəsində] dedilər:
“Bizim qəlblərimiz örtülüdür [pərdəlidir]”. [Lakin bu heç də belə deyildir].
Əksinə, Allah onlara küfrlərinə görə lənət eləmişdir.
Buna görə də onların ancaq az bir hissəsi [İbn Səlam və yoldaşları kimi] iman gətirər.

89. Onlara Allah tərəfindən əllərindəkini [Tövratı] təsdiq edən bir kitab
[Quran] göndərildiyi zaman [onu qəbul etmədilər]. Halbuki əvvəlcə [Muhəmməddən qabaq]
kafirlərə [ərəb müşriklərinə] qələbə çalmaq üçün [“Tövratda adı çəkilən axirüzzəman peyğəmbər
gəlib bizə yardım edəydi!” - deyə Allaha] yalvarırdılar. Bildikləri [peyğəmbər] gəldikdə isə,
[paxıllıq edib] ona inanmadılar. Allah kafirlərə lənət eləsin!

Əl-Bəqərə ("İnək") Surəsi [10]

90. Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə
[peyğəmbərlik verməsinə] həsəd aparmaq, Onun göndərdiyini [Quranı] inkar etməklə
[yəhudilərin] vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar [özlərinə qarşı]
Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!

91. Onlara: “Allahın nazil etdiklərinə [İncilə və Qurana] inanın!” ∓ deyildikdə,
onlar: “Biz özümüzə göndərilənə [Tövrata] inanırıq”, -deyərək, ondan başqasını [sonrakını]
inkar edirlər. Halbuki o [sonra göndərilən Quran] onların əllərində olanı
[Tövratı] təsdiq edən bir həqiqətdir. [Ya Rəsulum!] Onlara söylə:
“Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

92. Musa sizə açıq-aydın dəlillər [möcüzələr] gətirmişdi.
Siz isə onun ardınca [Musa Tur dağına getdikdən sonra] buzova sitayiş edərək [özünüzə] zülm etdiniz.

Əl-Bəqərə ("İnək") Surəsi [10]

93. Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını
başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən [Tövratdan] möhkəm yapışın,
[oradakı hökmləri] eşidin!” [demişdik]. Onlar [sizin ata-babalarınız] isə: “Eşitdik
və [o hökmlərə] qarşı çıxdıq [əməl etmədik]!” ∓ dedilər. Çünki küfrləri üzündən buzovun
məhəbbəti qəlblərini bürümüşdü. [Ya Rəsulum!] Onlara de:
“Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”

94. [Ya Rəsulum!] Sən onlara [yəhudilərə] de.
”Əgər [sizin iddianıza görə] Allah yanında axirət evi [Cənnət] başqa insanlara deyil,
yalnız sizə məxsusdursa və əgər siz [bunu] doğru deyirsinizsə, onda [Allahdan] ölüm istəyin!”
[Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmağa səbəb olan ölümü mütləq arzulayar].

95. [Əlbəttə] onlar öz əməllərini bildiklərinə
görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!

Əl-Bəqərə ("İnək") Surəsi [10]

96. Sən onları [yəhudiləri] bütün insanlardan, hətta müşriklərdən də
daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki
[uzun ömür etmək] onların heç birini axirət əzabından uzaqlaşdırmaz.
Allah onların nə etdiklərini görəndir!

97. [Ya Rəsulum!] Cəbrailə düşmən olan kimsəyə de ki, onu [Quranı]
özündən əvvəlkiləri [Tövratı və İncili] təsdiqləyici, möminlər üçün isə hidayət və
müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.

98. Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə,
Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da [belə] kafirlərə düşməndir.

99. [Ya Rəsulum!] Biz sənə [ehkamı bildirən, halal və haramı ayıran]
açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.

100. [Yəhudilər] hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?!
Onların, bəlkə də, çoxu [Tövrata] inanmır.

Əl-Bəqərə ("İnək") Surəsi [10]