www.nice.az > İslam Dünyası > Tibbi hədislər - dərman qəbulu, sağlamlıq və s. haqqında
Tibbi hədislər - dərman qəbulu, sağlamlıq və s. haqqında11 mart 2011. Müəllif: fidaska |
![]() Tibbi hədislər - dərman qəbulu, sağlamlıq və s. haqqında *** Peyğəmbər (s.ə.a.s.) buyurur: “Hər kəsin sağlamlığı xəstəliyinə qalib gələ bilirsə, müalicə olunmasın.†*** Əmir-əl-Möminin Əli (ə.)-a sual etdilər: “Nə üçün Quranda tibb elmindən savayı bütün elmlər vardır?†Həzrət (ə.) buyurdu: “Quranda bir ayə var ki, bütün təbabəti özündə ehtiva edib ∓ Yeyin, için, amma israf etməyin!†*** Peyğəmbər (s.ə.a.s.) buyurur: “Bədənin xəstəliyi daşıya bilirsə, dərmandan qaç, çünki, çox dərmanlar var ki, xəstəlik gətirir. Elə ki, daşıya bilmədi, onda dərman iç.†*** Əmir-əl-Möminin Əli (ə.) oğlu İmam Həsən (ə.)-a dedi: “Sənə dörd şey öyrədim ki, daha təbabətə ehtiyacın olmasın ∓ acmadan yemək yemə, gözün yeməkdə qala-qala süfrədən çəkil, yaxşı çeynə və yatmazdan öncə ayaqyoluna get. Bunlara əməl etsən, ölüm xəstəliyindən başqa heç vaxt təbabətə ehtiyac duymazsan.†*** İmam Rza (ə.) buyurur: “Acan zaman ye, susuzlayanda iç, sidik səni narahat edənə çölə get, yalnız ehtiyac duyanda cinsi əlaqədə ol, yorulan zaman yat. Bunlar bədənin sağlamlığıdır.†*** İmam Sadiq (ə.) buyurur: “Sağlamlığı xəstəliyinə qalib gələ bilən şəxs dərman içsə, öz əleyhinə iş görübdür.†*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Bədən üçün dərman paltar üçün sabun kimidir ∓ təmizləyir, amma xarab edir, köhnəldir.†*** Peyğəmbər (s.ə.a.s.) buyurur: “Səfərə çıxın ki, sağlam olasınız.†*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Xəstəlik səninlə yola gedirsə, sən də onunla yola get (yəni, bacardıqca müalicədən uzaq ol).†|