www.nice.az > İslam Dünyası > Mövlud Bayramınız mübarək olsun!

Mövlud Bayramınız mübarək olsun!


14 fevral 2011. Müəllif: SERENA
Mövlud Bayramınız mübarək olsun!

Bu gün Mövlud Bayramı yəni Peyğəmbər Əfəndimiz Hz. Məhəmməd Mustafa (SƏV)ın doğum günudür
Bu vəsiləylə hər kəsin bayramını təbrik edirem.
Mövlud, doğum zamanı deməkdir. İnsanlığın qurtuluşu üçün göndərilən son və ən böyük peyğəmbər, bizim Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) 571 ilində Qəməri aylardan Rebiü'l-evvel ayının 12.gecesi doğulmuşdur. Peyğəmbər əfəndimizin doğum günü, bütün Müsəlmanların bayramıdır.
Adəm əleyhissalam Cənnətdən çıxarılınca, "ya Rəbbi, Məhəmməd əleyhissalamın hörmətinə məni bağışla" deyə dua etdi. Allahu Təala isə, [nə cavab verəcəyini bildiyi halda digər insanların eşitməsi üçün] "Ya Adəm, onu hələ yaratmadım. Haradan bildin?" buyurdu. Adəm əleyhissalam da, "Ərşdə "La ilahə illəllah, Məhəmmədin Rəsulullah" yazılı olduğunu gördüm. Anladım ki, şərəfli adının yanına ancaq ən çox sevdiyinin, ən şərəfli olanın adını layiq görərsən" dedi. Allahu təala buyurdu ki: "Ya Adəm doğru söylədin. O mənə insanların ən sevgilisidir. Onun hörmətinə dua etdiyin üçün səni bağışladım. Əgər Məhəmməd olmasaydı, səni yaratmazdım."
İnsanlıq tarixinin ən əhəmiyyətli hadisəsi heç şübhəsiz Hz. Məhəmməd (s.ə.v)ın dünyaya təşrifləridir.
Quranda buyurulur:"(Ey Məhəmməd!) Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik"[1] və "Biz səni ancaq bütün insanlara müjdələyici və xəbərdarlıqçı olaraq göndərdik"[2] ayələrində açıqca ifadə edildiyi kimi, rəhmət peyğəmbərini bütün dünya gözləməkdə idi. Hz. Musa əleyhissalama göndərilən Tövratda; müjdəçi, xəbərdarlıqçı, daş ürəkli olmayan, küçələrdə qışqırıb çağırmayan, özünə edilən pislikləri yaxşılıqla qarşılayan, bağışlayan [3] xüsusiyyətlərlə izah edilən Peyğəmbər Əfəndimizin gəlişini, hər kəs həsrətlə gözləyirdi. Quranın ifadəsiylə Hz. İsa onun gəlişini belə müjdələyirdi: Xatırla ki, Məryəm oğulu İsa: "Ey İsrailoğulları! Mən sizə Allahın elçisiyəm, məndən əvvəl gələn Tövratı təsdiqləyici və məndən sonra gələcək, Əhməd adında bir peyğəmbəri də müjdələyici olaraq gəldim", demişti[4]
Bu gecə, Rəsulullahın doğum zamanında görülən halları, möcüzələri oxumaq, dinləmək, öyrənmək çox savabdır. Bu gün və ya sabahısı gün oruc tutulması yaxşı olar, savab olar.

Mövludu, kişi qadın qarışıq olmadan, çalğı və başqa haram qarışdırmadan, Allah rizası üçün oxumaq, salavatı şərifə gətirmək, şirin şeylər yedirib içirmək, hayrat və hasenat etmək, beləcə, o gecənin şükrünü yerinə yetirmək müstəhəbdir. (Nemət-ül kübra, Hadika, m. Nəsihət)
Rəsulullah əfəndimizi çox tərifləmək, məxluqların ən üstündə olduğunu söyləmək, Allahu təalanın, sevimli Peyğəmbərinə verdiyi üstünlükləri saymaq və Ondan şəfaət istəmək, böyük ibadətdir. Buna etiraz etmək, tünd bir cahillik, çox çirkin bir inaddır.