www.nice.az > İslam Dünyası > Nara aid hikmətli sözlər

Nara aid hikmətli sözlər


9 fevral 2011. Müəllif: Sparrow
Nara aid hikmətli sözlər

Nara aid hikmətli sözlər

Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!):
“Nar bütün meyvələrin ağasıdır. Hər kəs bir nar yesə öz şeytanını qırx gün qəzəbləndirmiş olar.”

İmam Sadiq (Ona salam olsun!): “ Yüz iyirmi növ meyvə var ki, onların da ağası nardır.”

İmam Əli (Ona salam olsun!): “ Dörd şey insanın təbiətini stabilləşdirir:
Surani narı (İraqda – Babilistan ərazisində Hillə şəhərinin yaxınlığında
yerləşən Sura adlanan yerin narı), bişmiş xurma, bənövşə və kasnı”.

İmam Sadiq (Ona salam olsun!): “ Hər kəs yatmağa hazırlaşarkən bir nar yesə canı amanda olar.”

İmam Sadiq (Ona salam olsun!): “ Nar yeyin. Ac insan nar yesə doyar,
tox insan onu yesə yeməyi həzmə gedər.”