www.nice.az » İslam Dünyası » İslamda su içmək qaydaları
İslamda su içmək qaydaları
İslamda su içmək qaydaları
Bismilləhir Rahmənir Rəhim
Nəzərinizə Allahın izni ilə əziz İslam Peyğəmbəri (s.ə.a.s.) və o Həzrətin pak Əhli-Beytindən (ə.) bir sıra hədislər, deyimlər çatdırıram. Nəzərinizə çatdırım ki, bu yazının hazırlanmasında 2 mənbədən Möminlərin zinəti (müəllif: Əllamə Məhəmmədbaqir Məclisi) və Tibbi hədislər toplusu, II hissə (müəllif: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri) istifadə olunmuşdur.
İmam Sadiq (ə.)-dan nəql edilmiş hədisdə buyrulur: Yaxşı olar ki, insan su içdiyi zaman İmam Hüseyni (ə.), o Həzrətin Əhli-Beytini (ə.) və səhabələrini yad edib, onun düşmənlərinə, dostlarının qatillərinə lənət oxusun (Səlamulləhi ələl-Huseyn və Əhli-Beytihi və əshabihi və lə`nətullahi əla qətələtil-Huseyni və ə`daihi). Buna əməl edən şəxsin günahları bağışlanar və Qiyamət günü məhşərə xatircəmliklə daxil olar. Onların əməl dəftərinə minlərlə savab əməl yazılar.
Digər bir hədisdə İmam Sadiq (ə.) buyurur: Allah-Təala su içməzdən əvvəl Onun adını çəkən və qurtardıqdan sonra ona şükr edən şəxsi Cənnət ilə mükafatlandırar.
İmam Əli (ə.) buyurur: Suyu gecə vaxtı ayaq üstə içməkdən çəkinin! O elə bir xəstəlik yaradar ki, Allah özü şəfa verməsə, dərmanı tapılmaz. Lakin gündüz vaxtı suyu əksinə - ayaq üstə içmək çox bəyəniləndir. İmam Sadiq (ə.) bu barədə buyurur: Gündüz vaxtı suyu ayaq üstə içmək, bədəndən təri daha yaxşı çıxarır, bədəni daha güclü və sağlam edir.
Peyğəmbər (s.ə.a.s.) buyurur: Suyu içərkən onu sümürün. Birbaşa başınıza çəkməyin. Birnəfəsə su içmək qaraciyərdə xəstəlik əmələ gətirir. Suyu yalnız ehtiyacınız olduğu zaman için. Susuz olduğunuz zaman isə onu birdəfəyə içib mədənizə ağırlıq salmayın.
İmam Rza (ə.) buyurur: Yemək yedikdən sonra bir qədər su için. Bu, yeməyin həzminə kömək edir. Həzrət (ə.) başqa bir hədisdə buyurur: Hər kəs mədəsinin ağrımasını istməirs., yeməyini bitirməmiş su içməsin. Yeməyi bitirməmiş su içərsə, bədənində rütubət artar, mədəsi zəifləyər, damarlar yeməkdən heç bir qüvvə götürməz. Çünki, yeməyin üstünə tədricən su töküldükdə mədədə pis mühit yaranır.
Həzrət Məhəmməd (s.ə.a.s.) qaynar su içməyi qadağan edərdi. O Həzrət (s.ə.a.s.) ət yeməyindən sonra adətən az su içərdi. Bunun səbəbini soruşduqda Həzrət (s.ə.a.s.) deyərdi: Hər kəs ət yesə və yeməyin axırınadək su içməsə, həmin yemək həzm olunar. Həzrət (s.ə.a.s.) başqa bir hədisdə buyurur: Yağlı yeməkdən sonra su içmək xəstəlikləri hərəkətə gətirir.
Su içərkən qabın qırıq və ya qulp hissəsindən su içmək İslamda bəyənilmir. Peyğəmbər (s.ə.a.s.) bu barədə hədislərdən birində buyurur: Suyu qabın qulp hissəsindən içməyin ki, ora çirk yığılır.
Bir gün Peyğəmbər (s.ə.a.s.) çay kənarından keçərkən bir dəstə camaatın suyu ağızları ilə içdiyinin şahidi olur. Həzrət (s.ə.a.s.) buyurur ki: Suyu əlinizlə için. Bu sizin üçün daha xeyirlidir.
İmam Məhəmməd Baqir (ə.) buyurur: Su içməzdən öncə Bismillah deyin (yəni, Allahın adını çəkin) və kuzənin dəstəyindən və sınıq yerindən su içməyin. İmam Əli (ə.) buyurur: “Qabın nə qulp, nə də sınıq hissəsindən su içməyin. Çünki, şeytan sınıq və qulp hissədə əyləşib”.
İmam Rza (ə.) buyurur: İsti və şirin şeylərdən sonra soyuq su içmək dişləri tökür.
Ümumiyyətlə, çox su içmık bəyənilmir. Yəni, ehtiyac varsa və yanğını söndürəcək qədərlə kifayətlənib daha çoxuna getmək xəstəliklərə səbəb olar. Bu barədə İmam Sadiq (ə.) buyurur: İnsanlar az su içsəydilər, bədənləri sağlam olardı. Çox su içmək bütün xəstəliklərin mənbəyidir.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Sparrow |
Baxış sayı : 688 |
Rəylərin sayı (10) |
31 yanvar 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!