TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 49 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 48

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

English - Azərbaycan [atalar sözləri]

English Azərbaycan (Atalar Sözləri)...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » HİCAB QADAĞASININ MÜDHİŞ SİRRİ

HİCAB QADAĞASININ MÜDHİŞ SİRRİ

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
HİCAB QADAĞASININ MÜDHİŞ SİRRİ

Hakimiyyət Qərbi İslamla təhdid edir.
ABŞ-ın Azərbaycanda hakimiyyətə alternativ axtarışlarından xəbər tutan iqtidar hərəkətə keçib; dini radikalizm görüntüsü yaratmaq istiqamətində qorxulu planlar var.
Azərbaycan hakimiyyətinin Qərblə, xüsusən də ABŞ-la münasibətlərinin pisləşməsi onu yeni planlar cızmağa vadar edib. “WikiLeaks” qalmaqalının yuxarı dairələrdə yaratdığı şok fonunda hökumətin ciddi-cəhdlə hicab qadağasını gündəmə gətirməsinin və ölkədə İslam faktorunun güclənməsi görüntüsü yaratmasının müdhiş səbəbləri barədə redaksiyamıza sensasion məlumatlar daxil olub. Bu məlumatlar son bir neçə gün ərzində bir neçə istiqamətdən gəlib. Onlar həm sırf məlumat xarakterli, həm də dəqiq informasiyalar əsasında təcrübəli ekspertlərin gəldiyi qənaətləri, onların “SOS” xarakteri daşıyan proqnozlarını özündə ehtiva edir. “WikiLeaks” saytının ABŞ Dövlət Departamentinə məxsus məxfi məlumatları əldə edərək yaymasından sonra açıq şəkildə məlum oldu ki, dünyanın ən qüdrətli dövləti sayılan və demək olar əksər bölgələrdə çox ciddi maraqları olan Amerika əslində çoxdan Azərbaycan da daxil, demokratik olmayan ölkələrin hakimiyyətlərinə inanmırmış; onların ikili oyun oynadıqlarını bilir və həmin iqtidarlar əleyhinə dosyelər toplayırmış. Elə “WikiLeaks”ın açıqladığı məxfi hesabatlardan da görünür ki, Amerika onun üçün həyati əhəmiyyət kəsb edən planların reallaşmasına indi və gələcəkdə mane ola biləcək hakimiyyətlərlə hesab çəkməyə, onlara öz yerlərini göstərməyə hazırlaşırmış. Bu sənədlərdən o da aydın olur ki, Amerikanın uzun illər əməllərinə göz yumduğu hakimiyyətlərin hərəsi onu yerləşdiyi bölgənin spesifikasına uyğun olaraq hansısa bir ciddi məsələ ilə təhdid edirmişlər. Bəlli olur ki, bu illər ərzində Azərbaycan hakimiyyəti ABŞ-ın qarşısına əsasən İran kartı və İslam faktoru ilə çıxıb. Doğrudur, ortada demokratiya və Qarabağ məsələsi ilə bağlı müəyyən vədlərin verilməsi də var. Amma bu vədlərin niyə yerinə yetirilməməsi ilə bağlı suallara hakimiyyət özü Qərb üçün daha ciddi işlərlə məşğul olduğunu göstərməklə cavab verib. Bunlar isə Cənubdan olan təhlükənin və İranın burada dindarları radikallaşdırmasının, ölkədə İslam dövləti yaradılması planlarının önlənilməsi və digər bu kimi məsələlərdir. Məlumatlı mənbələr bildirirlər ki, “WikiLeaks” qalmaqalından sonra isə hakimiyyətin bu məsələləri qabartmağa və Amerika qarşısında ondan istifadə etməyə daha çox ehtiyacı yaranıb. Demokratiya, Qarabağ məsələsində, Amerikanın İranla bağlı planlarının reallaşmasında Qərb qarşısında etibarını və nüfuzunu itirən hakimiyyətdə belə bir dəqiq məlumat var ki, Amerika indiki şəraitdə vaxt itirmədən ona alternativ axtarışına çıxıb. Bu axtarışlar müəyyən qüvvələrin fəallaşmasına, “WikiLeaks” vasitəsilə daha müdhiş sirlərin açılmasına, hakimiyyət daxilində çatlara və iqtidarın itirilməsinə gətirib çıxara bilər. Buna görə də, indi hakimiyyət qarşısında bir yol var. Bu da Qərbin Azərbaycanda və bütövlükdə bölgədəki həyati maraqlarına qətiyyən cavab verməyən başqa alternativ qüvvənin meydana çıxması görüntüsünü yaratmaq, Qərbə həmin qüvvələrlə birgə mübarizə aparmaq üçün xitab etməkdir. Bizim əldə etdiyimiz məlumatlara görə, son bir ayda Bakıda inanclılarla baş verən toqquşmalar, hicab qadağası məsələsinin gündəmi zəbt etməsinin də arxasında məhz bu məsələ dayanır. Əslində bu plan artıq bir neçə ildir ki, dövrədədir. Biz dəqiq bilirik ki, iqtidarımız bu plana yaxşı hazırlaşıb və onun hazır kombinasiyaları özündə daşıyan bir neçə ciddi “ev tapşırıqları” var. Əslində plan sadədir; Qərbi, eləcə də Rusiyanı, hətta qardaş Türkiyəni inandırmaq ki, Azərbaycanda İslam inqilabı etmək istəyən, ölkəni qarışdırmaq iqtidarında olan ciddi dini qruplaşmalar var; onlar xaricdən (əsasən İrandan) idarə olunurlar; bu qüvvələrin də qarşısında yalnız indiki hakimiyyət dayana bilər. Buradan çıxan məntiq də budur: bu hakimiyyət getsə onun yerinə radikal islamçılar gələ bilərlər. Bu baxımdan da, Qərbi, ərazisində milyonlarla müsəlman yaşayan Rusiyanı, Türkiyəni məcbur qoymaq ki, (xoşları gəlsə də, gəlməsə də) Azərbaycanın indiki iqtidarı ilə əməkdaşlıq etsinlər; əks halda, bu regionda onların (Qərb ölkələrinin) strateji maraqları təhlükə altında qala bilər. Bu məqsədlə hətta ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında olan dini icmalar da yaradılıb. Bu icmalara digər təbii yaranmış icmalardan fərqli olaraq nisbətən geniş şərait yaradırlar; özlərini göstərmək, daha güclü, daha fərqli olduqlarını hiss etmək üçün mümkün olanları edirlər. Yeri gəlmişkən, bu icmaların üzvləri qəti şəkildə bilmirlər ki, mənsub olduqları quruma məxfi şəkildə iqtidar nəzarət edir. Bu prosesi hər icmadan 1, maksimum 3 nəfər bilir. Və hakimiyyətlə də onlar işləyir, təlimatlar alır, iqtidarın işinə yarayan görüntüləri, səhnələri, şüar və mesajları təmin edirlər. Hakimiyyət bütün vasitələrlə Qərbə, dünyaya göstərir ki, indiki halda ölkədəki dini radikallığın qarşısını o alır, dini kəsimin, ölkə ictimaiyyətinin tam İranın təsiri altına düşməsinə məhz o imkan vermir. İndi iqtidara çox kəskin şəkildə lazım olub ki, ölkədə dini fəallığın artmasını, hakimiyyətin üzərinə yeriməsini nümayiş etdirsin. Bu səbəbdən də son günlərdə qəflətən hicab qadağası ortaya atıldı. İnanclı kəsimin ən həssas siniri basılıb - etirazların olacağı hər kəsə aydındır. Və iqtidarımız bu etirazların daha görüntülü, daha ciddi olması üçün də ötən həftə “ev tapşırıqları”ndan birini işə saldı... Bizdə olan bilgilərə görə, aşura günlərində daha başqa “ev tapşırıqları” dövriyyəyə buraxıla bilər.
Bütün bunlarla bağlı bilgilərini bizimlə bölüşən bir məlumatlı qaynağın sözlərinə görə, indi əsas hədəf mümkün qədər vəziyyəti gərginləşdirmək, dindarları qəzəbləndirmək, mümkün olsa, onları təxribatlara çəkmək və iğtişaşlar görüntüsü yaratmağa nail olmaqdır. Hicab qadağasının Məhərrəmlikdə belə sərt formada gündəmə gətirilməsi də təsadüfi sayılmır. Eyni zamanda mənbə qeyd edir ki, Məhərrəm ayında əhalisinin əksəriyyəti dindar olan Nardaran qəsəbəsini 20 gündən çox işıqsız qoymaq da bu planın tərkib hissəsidir. Hansı kəndin, qəsəbənin işığını 10 gün kəssən etiraz etməz? İndi bu vasitə ilə qəsəbə əhalisini gərginlikdə saxlayıb, onları etirazlara sövq etmək, bu etirazları isə ümumi “islam radikalizmi” lövhəsinin bir fraqmentinə çevirmək planı işləməkdədir. Məlumatlara görə, Məhərrəmliyin 10-cu gününə düşən Aşura mərasimlərində - dekabrın 16-da ölkənin bir çox yerlərində xüsusən də Bakıda dindarların məscidlərə axışmasından istifadə edən qüvvələr böyük təxribatlar törədə, repressiyalar, kütləvi həbslər həyata keçirə bilərlər. Onu da qeyd edək ki, hakimiyyət deputatları, irili-xırdalı məmurlar hicab qadağası, dindarların buna qarşı etirazları ilə bağlı məsələlərə münasibət bildirərkən Qərbin əsas dəyər verdiyi dünyəvilik prinsipi məsələsini qabardırlar. Bütün bu qadağaların məhz dünyəvilik prinsipinin qorunması üçün tətbiq olunduğunu deyirlər. Məlumatlı mənbə qeyd edir ki, bütün bunlar Amerikanın din amili ilə şantaj olunması, hakimiyyətin zəifləyəcəyi təqdirdə ölkənin dinçi qüvvələrin əlinə keçəcəyi ilə bağlı okeanın o tayına verilən mesajlardır. İndiki şəraitdə Qərbin bu mesajlara və təhdidlərə necə yanaşacağı, hansı cavabları verəcəyi haqda dəqiq fikir söyləmək mümkün olmasa da, hər halda, “WikiLeaks”ın açıqladığı sənədlər göstərir ki, Amerikada hakimiyyətin siyasətini, nə etdiyini hətta onların özlərindən daha yaxşı bilirlər və bizimkiləri daha yaxşı tanıyırlar. Bununla belə, ölkədə xoşagəlməz hadisələrin baş verməsi bütövlükdə bu dövlətin və millətin zərərinədir. Ona görə də, əlimizə yetişən məlumatlarla bağlı ictimaiyyəti bilgiləndirməyi ölkənin aparıcı mətbuat orqanı olaraq özümüzə borc bilirik və hər hansı xoşagəlməz proseslərin baş verməsinin önlənməsi istiqamətində əlimizdən gələni edəcəyik.

P.S. Gözlənilən təhlükə ilə əlaqədar dünən bir qrup ilahiyyatçı ölkənin inanclı toplumuna müraciət edib


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: HiTMaN | Baxış sayı : 411 | Rəylərin sayı (14) | 16 dekabr 2010

Mövzuya oxşar xəbərlər:

Müharibə yaxınlaşır
Müharibə yaxınlaşır
Müharibə yaxınlaşır
“WİKİLEAKS” saytı ağ evi diz çökdürdü!!!
“WİKİLEAKS” saytı ağ evi diz çökdürdü!!!
Məxfi məlumatların üzə çıxması ABŞ-ın müttəfiqlərini ciddi təhlükə altına atıb
Kanada haqqında məlumatlar
Kanada haqqında məlumatlar
Kanada haqqında məlumat üçün buyurun ardına...
İsveçrədə minarə qadağasının müəllifi islamı qəbul etdi
İsveçrədə minarə qadağasının müəllifi islamı qəbul etdi
İsveçrədə minarə qadağasının müəllifi islamı qəbul etdi

Səhifəni çap et
Sparrow (Offline)
Əlavə edilən tarix 2 yanvar 2011 10:53 | 14

Şərh sayı: 2818
Xəbər sayı: 232
Xalı: 22
Qeydiyyat: 29.10.2010
  
Tesekkur edirem.HiTMaN




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 19 dekabr 2010 18:59 | 13

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
thanks




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
angel_org (Offline)
Əlavə edilən tarix 18 dekabr 2010 16:29 | 12

Şərh sayı: 3456
Xəbər sayı: 79
Xalı: 273
Qeydiyyat: 18.03.2010
 
Hicaba qarsi cixanlara hec duzgun baxmiram.O eslinde lap yaxsi isdi.Her yerini ortmek.




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 5
DANGER_EMO GIRL (Offline)
Əlavə edilən tarix 17 dekabr 2010 12:24 | 11

Şərh sayı: 1003
Xəbər sayı: 1
Xalı: 0
Qeydiyyat: 14.11.2010
Mükafatı yoxdur
cox maraqlidir tesekkur edirem




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
XP (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 22:53 | 10

Şərh sayı: 1110
Xəbər sayı: 537
Xalı: 577
Qeydiyyat: 15.04.2009
  
Hicabla bagli wexsi fikrimi desem, eslinde cox yaxwi bir weydir qadinlarin hicabdan istifade etmesi. Ancaq hicab taxib altdan-altdan pis-pis iw gorenlerin de Allah belasin versin. Mence orta mektebde oxuyanlar ucun vahid mektebli geyimi movcuddur. Her kes vahid geyimde gelse o daha yaxwi olar. Orta Mekteblerde hec olmasa heftede 1 defe de olsa Islam Dini-ni ve Peygemberimiz haqqinda 1 ders tewkil olunsa lap ela olardi. Sagirdlere dine qarwi sevgi yaratmaq ucun. Onda belke de meneviyyatsiz gencler cox cuzi miqdarda olar, indikinden ferqli olaraq. Cunki insanda meneviyyati yaradan, mohkemlendiren Islam Dinidir. Islam Dininden xebersiz bir insandan ne gozleyesen?! Universitetlerde telebeler artiq yetkinlik yawina catmiw insanlardir. Onlarin geyimine qariwmaq duzgun deyil. Hicabla da gele bilerler. O vaxti yadima gelir Abel muellim bizimle ilk goruwunde demiwdi ki, BDU-a istediyiniz wekilde geyinib gelebilersiz lap idman geyiminde gelin, ama esas odur ki dersinizi yaxwi oxuyun, davamiyyetinizde problem olmasin.
O ki qaldi iqtidarin olkede olan radikal islamcilar problemi ile bagli diger dovletlere mueyyen menada tezyiqine bu barede hec bir melumatim yoxdur. Hemcinin siyasetle de mewgul olan biri deyilem. :)




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 3
Ayla_girl (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 22:03 | 9

Şərh sayı: 2032
Xəbər sayı: 71
Xalı: 20
Qeydiyyat: 21.11.2010
 
Cooox yaxsi xeberdir

Ayyy men sefh basa dusdum mence hele qadaqan qoymaq onlar ucun gelecekde hec yaxsi olmayacaq




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 3
SERENA (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 19:55 | 8

Şərh sayı: 1509
Xəbər sayı: 65
Xalı: 14
Qeydiyyat: 14.09.2010
 
“WikiLeaks” Azerbaycan haqqinda ele melumatlar verib ki bezilerine adam lap mat qalir.eeehhh was tesekkur




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
konul442 (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 18:41 | 7

Şərh sayı: 335
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 11.12.2010
Mükafatı yoxdur
coxdu hovsele yoxduu twk




Status: qeyd edilməyib
imza
heyatda hec kime inamim yoxdu olmayacaqda
ICQ: --
Reputasiya: 0
EMERALD (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 17:59 | 6

Şərh sayı: 2903
Xəbər sayı: 22
Xalı: 356
Qeydiyyat: 3.08.2010
 
CAMAATIN ISHI YOXDUYE.XEBERE GORE SAG OL




Status: qeyd edilməyib
imza
GİTTİN.Şimdi 1 mevsim deyil koca 1 hayat girdi aramıza.Biliyorum ne sen döne bilirsin artık nede ben kapıyı açabilirim sana.Ama şunuda unutma Tek sen oldun benim hayatımda.Körleşti duygular senin yokluğunda...
ICQ: --
Reputasiya: 3
hebibi_p (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 16:08 | 5

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
bunlara bax iwleri gucleri yoxdu indide hicaba qarwidirlar..bu Nardaran kendinin iwiginin olmamasi ilk defe deyil,orda gunden bir iwiq kecir,men bilirem bagimiz var orda....ALLAH bizlere sebr versin..
coxsagolun melumata gore..




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
h.zaur2010 (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 16:06 | 4

Şərh sayı: 1
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 23.09.2010
Mükafatı yoxdur
cox sagolun heqiqeten indiki weraitde lazim olan melumatdir.




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
SEV_GI (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 15:46 | 3

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
Cox sagol eziyyete gore HiTMaN cox maraqlidir...Hicab baglamaq gozeldir ve her qadina yarawir...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
GATTAKA (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 15:46 | 2

Şərh sayı: 1555
Xəbər sayı: 54
Xalı: 3
Qeydiyyat: 23.10.2010
 
COX GOZE; XEBERDIR XAIS EDIREM 2 3 GUN 1 CI SEHIFEDEN GOTURMEYEN BU XEBERI




Status: qeyd edilməyib
imza
Ən böyük çinar bir toxumda, ən böyük quş bir yumurtada gizlidir...
ICQ: --
Reputasiya: 1
EMO_GIRL (Offline)
Əlavə edilən tarix 16 dekabr 2010 15:45 | 1

Şərh sayı: 816
Xəbər sayı: 1
Xalı: 29
Qeydiyyat: 14.12.2010
Mükafatı yoxdur
xebere gore thanks yooooooou bq




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular