www.nice.az » İslam Dünyası » "Sən nə bilirsən ki, nədir qiyamət?!"
"Sən nə bilirsən ki, nədir qiyamət?!"
Bu xəbəri dostlarınla paylaş:
Bir anlıq Qiyaməti təsəvvür etmək istədim:
Tam səssizlik, qəribə sakitlik və vahimə dolu sükunət, hər tərəfdə yalnız meyitlər və qəbrlər var. Canlı və tərpənən heç nə gözə çarpmır.
Zaman sona yetdi, vaxt keçdi getdi və bitdi.
Bərk, kəskin və tükürpədici bir qışqırıq səssizliyi parçaladı. Bütün üfüqə və bütün səmaya yayıldı, ölüləri diriltməyə başladı.
Qəbrlər parçalanır, yer hər tərəfdən yarılır, paralanır. Bəşər oğlu toz-torpağın altından qalxır.
Anadangəlmə lüt, üst-baş toz-torpaq, çaşqın, heyran və sarsıntı içində...
Hamı tələsir, bir tərəfə qaçır. Sərxoş kimi yan yörəyə baxır.
Üstündə gəzdiyimiz, yaşadığımız o yer həmən bu yerdirmi?! Bu torpaq həmin torpaqdırmı?!
Artıq Qiyamətdir, hər şey qiyam etmiş, dövran bitmiş, yeni həyat başlamışdır, amma tamam başqa bir “formatdaâ€...
Dağlar param-parça, didilmiş vəziyyətdə, çayların ancaq cığırı qalmış, dənizlər sanki alovlanır, alışır. Yer lərzəyə gəlmişdir.
Bu yer həmin yer deyil, bu səma həmin səma deyil, heç kim qaçıb canını qurtara bilmir, hamı çağırışa gedir, nidaya tərəf yönəlir.
Qiyamət qopdu...
Hamı susur, heç kim danışmır, hər kəs özüylə məşğuldur, heç kim heç kimin vecinə deyil. Hamı öz müsibət və bəlasını düşünür.
Hamı toplandı, əskik qalan yoxdur, insan, cin, heyvan, yer üzü yaranandan nə var idisə... Hamı bir yerdə, bir torpaqda dayanıb.
Birdən!
Səma, dəhşətli və sarsıdıcı səslə yarılmağa başladı, səs artdıqca da daha qorxulu və vahiməli olur. Hamı əsir, titrəyir, şok içində gözlərini yuxarıdan ayıra bilmir.
Yuxarıdan aşağı, simaları ilk dəfə görülən mələklər enməyə başlayır.
Əsgərlər kimi bir cərgəyə sıralanıb, səssiz-səmirsiz, tam mütilik içində dayanırlar.
İnsanlar hətta mələklərə nəzər salıb, sual verici baxışlarla sanki “Rəbbimiz burdadır? Haradadır? Aranızdadır?†sorurlar.
Mələklər isə ardı-arası kəsilmədən gəlir, yığılır, cərgələrlə dayanırlar. Hamısından isə bir səs eşidilir. Onlar UCA RƏBBİN şəninə təriflər edir, Onun ucalığını zikr və Ona həmd edirlər.
Bu səslərin sədası altında, artıq Rəbbimiz də nüzul edir.
Artıq kim xeyir tapsa həmd etsin, kim xeyirdən başqa bir şey tapsa ancaq özünü qınasın!
Gözlər bərəlmiş, çaşqın halda, yayınır, bir tərəfə baxaraq qərar tuta bilmir.
Bu arada da günəş getdikcə yaxınlaşır, yaxınlaşır...
Sən, mən və biz, hamımız onlarla bir yerdə dayanıb hönkürtüylə ağlayır, dəhşətdən göz yaşlarını saxlaya bilmirik. Hamı kimi gözləyirik, hamı intizardadır, amma intizar bitmir, uzun uzadı vaxt keçir və keçir...
Əlli min il...
Əlli min il, bir qurtum su yox....
Ağız, dodaq, boğaz nəyinki quruyub, od püskürür...
Əlli min il...
Artıq bəziləri Allahın rəhmətini rica edərək ATƏŞƏ atılmaqlarını diləyirlər...
Bütün bu olanlardan qurtulmaq və ya harasa, kiməsə sığınmaq mümkündürmü?!
Təbii ki, yüksək şərəf lövhəsində adları olan, yüksək imtiyazlı, fərqlənmə statusu ilə onlara aid olmayan kimsələr vardır.
Onlardan Rəbbinin kölgəsi altında olan 7 tip , 7 kateqoriyaya aid olanlar da var...
Bəs insanların qalanı?!
Hamı ilk atanı, Adəmi axtarır.
Mələklər səcdə etdirilən şəxs aranır.
Hamı ona tərəf qaçıb, ağlayaraq, yalvararaq, bir körpə kimi yardım diləyir, bu haldan qurtulmaq üçün bir şeylər etməsini istəyir.
Adəm isə Rəbbinin qəzəbindən halidir, elə bir qəzəb ki, heç bir zaman bu qədər qəzəblənməmişdir. Adəm da öz nəfsinin, öz canının hayındadır.
İnsanlar isə gah Musaya qaçır, gah İsaya yönəlir, gah da başqa peyğəmbərə üz tuturlar.
Sən də, mən də, hamımız onların arasında ora-bura qaçırıq.
Elə bir üzüntü, elə bir çaşqınlıq, elə bir sarsıntı içindədirlər ki, nə doğmalıq qalmış nə qohumluq, nə dostluq nə də tanışlıq, nə vəzifə nə də rütbə, nə pul para nə də mal-dövlət.
Bu arada insanlar bəşəriyyətin seyyidi, xeyirlisi və seçilmiş şəxsiyyəti Muhammədi (s.a.s) görürlər və Ona (s.a.s) tərəf tələsirlər. Hamı birdən Ona (s.a.s) üz tutub yardım istəyir. Yalnız Ona (s.a.s) şəfaət etmək üçün icazə verilir.
Hesab və sorğu sual anı isə…
Rəbbimiz hər bir kəslə tək-təkinə, yalnızca hesab aparır. Adbaad, bir-bir çağırır. Birdən öz adını eşidəndə dik atılırsan, bədənini titrəmə tutur, dilin tutulur, bədənində olan bütün tüklər hamısı cərgəylə dik durur, başının arxa hissəsində damarlarından qaynar su tökülüb kürəyinin ortasıyla aşağıya kimi getdiyini hiss edirsən. Az qala aldığın nəfəsi ağzından çıxara bilmirsən. Bu durğunluq içində birdən iki tərəfindən tutub çəkib dartırlar, sanki ayılmış kimi baxırsan ki, mələklərdir, səni hazır vəziyyətə gətirirlər. İnsanların arasından çəkib apara-apara, hamının da gözü təbii ki, səndə. Gözlər sənə zillənmiş, ətrafda fərqli görüntülü insanlar, kimisi dizi üstə, kimisi başı aşağı, kimisi başı yuxarı, hamı sənə baxaraq eynilə özünün də bu cür çəkilib aparılacağını düşünür. Sənin isə qulaqlarında atəşin səsi, ürəyində hesabatın vahiməsi, önündə duracağının əzəməti dəhşəti, bir tərəfdən mələklərin səndən bərk yapışması, bir tərəfdən qorxu, bir tərəfdən ümid, bir tərəfdən tam məyusluq və üzüntü. Bu hissləri ömrün boyu heç bir zaman keçirməmisən.
Rəbbimizin qarşısında dayanıb sorğu-sual edilərkən həyatımızın hər saniyəsini xatırlayır, gözümüzün önündən keçirəcəyik. Peşman olduğumuz anlara o qədər heyfslənəcəyik ki, üzüntüdən ağrıdan əllərimizi çeynəyəcəyik. Etdiyimiz hər bir əmələ, hər bir hərəkətə, hər sözə, zərrə qədər bir məsələyə qədər təfsilatıyla soruşulacaq. Rəbbimiz; niyə filan şeyi etdin, niyə belə etdin – buyuracaq.
Kimin nə etdiyini özü yaxşı bilir…
Amma hamımızdan eyni mövzulu suallar da soruşulacaq. Rəbbimizi tanıyıb, əmrlərinə tabe olmaq, çəkindirdiklərinə boyun əymək, Rəsulunu tanımaq, Ona itaət etmək, namaz qılmaq, oruc tutmaq, yaxşılıq etmək, sədəqə vermək, əl tutmaq, yardım etmək və sairə kimi əməllər hamımızdan mütləq sorulacaq…
Mütləq və mütləq valideynlərimizin, qohum-əqrabamızın, uşaqlarımızın, qonşularımızın, dost-tanışlarımızın, yaxınlarımızın haqqı soruşulacaq.
Avtomobilimizin markası soruşulmayacaq. O miniklə kimləri apardıq, niyə apardıq, hara apardıq və hansı Onun rizası üçün oldu soruşulacaq.
Ev-eşiyinin sahəsi, ərazi soruşulmayacaq. O evdə nələr etdin, kimlər gəldi-getdi, nə üçün gəldilər deyə soruşulacaq.
Maaşımız nə qədər idi soruşulmyacaq. O maaşı hardan və necə qazanıb , nə üçün xərclədiyimiz soruşulacaq.
Neçə nəfər dostumuz tanışımız var idi deyil, neçə nəfər Allah rizası üçün qardaş bacımız var idi soruşulacaq.
Hansı küçədə, məhəllədə və ya rayonda yaşadığımız soruşulmayacaq. Qonşularımıza necə qonşuluq edə bildik deyə soruşulacaq.
Dərimizin rəngi soruşulmayacaq. Bu qəlbə nələr doldurduq, hansı şəxsiyyəti formalaşdırdıq, başqalarına necə baxdıq, necə ünsiyyət saxladıq və hansı rəftarı göstərdik soruşulacaq.
Bir anlıq dağıntı, hər şeyi alt-üst edir, yer üzündə canlı qalmır, sükunət və səssizlikdən sonra yeni həyatın ilk mərhələsi başlayır. Bu yeni həyat da səs-küy, vahimə və dəhşətlə başlayır. Hamı bərabərcəsinə tək Yaradanın qarşısında yaşadıqlarının hesabatını verir. O gün, o qədər yaxındır ki, sanki qapının ağzında, pəncərələrin arxasındadır, amma açıb baxa bilmirik, çünki hazır deyilik, çünki hələ vaxtı çatmayıb…

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 482 |
Rəylərin sayı (10) |
6 iyun 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!