TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 40 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 39

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Game Booster Premium 2.0 Final

Kompüterinizdə oyun oynayarkən əgər yavaşlamalar və ya donmalar yaşayırsınızsa Game Booster ilə bu yavaşlam...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

Əxlaq

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
Əxlaq

Əxlaq
Bismilləhir-Rəhmanir-Rəhim.
Şübhəsiz ki,bütün insanlar xoşbəxtliyi və kamilliyi sevir və daim ona çatmaq arzusunda yaşayırlar.Bu yerdə Ustad Şəhid Mürtəza Mütəhhərinin bir sözünü sizlərə çatdırmaq istərdim.Ustad insanın öz kamilliyini və xoşbəxtliyini sevməsini bir gül toxumuna bənzədir:(Təbii ki,bir çoxumuz gül toxumu görmüşük və o toxumu torpağa əkilməsini ve cücərməsini seyr etçişik.Bu zaman ilk öncə torpaqdan kiçik bir cücərti verdiyini görərik,daha sonra o kiçik cücərti bir az böyüyüb tikanlı bir kol olar,zaman keçdikdə həmin kol gözəl bir təravətli gül açar və nəhayətdə o gül təravətini itirər və sonda həmin ki,əkdiyimiz toxuma çevrilər.İnsanda eynən bu cür öz kamilliyinin və xoşbəxtliyinin vurğunudur).
Bu böyük səadətə nail olmanın nəfsin saflaşdırılması və tərbiyələndirilməsi,yəni rəzil əxlaqi sifətləri özündən uzaqlaşdırıb,bəyənilmiş keyfiyyətləri özündə yaratmalıdır.Allahın(c.c) göndərdiyi Peyğəmbər və övliyyalar da bu yolla getmiş və bəşəriyyəti bu yola dəvət etmişdir.
Həzrət Əli (ə) da nəfsin təlim və tərbiyəsində qətiyyətli olmağı xoşbəxtliyin açarı hesab edərək buyurur:”Fərz edək ki,əgər bizim behiştə getmək ümidimiz və cəhənnəm əzabından qorxumuz olmasaydı belə,yenə də əxlaqı saflaşdıma yolunu tutub,nəfsimizi çirkiniklərdən paklaşdırmağın yeri vardır.Çünki səadəti yalnız və yalnız bu yolla əldə etmək olar.”(Mişkatül-ənvar. səh-243,Biharül-ənvar.cild-66.səh-405)
“Əxlaq” kəlməsi “xülq” sözünün cəmi və “xülq” də insanın daxili şəkli mənasıdır.Bunun müqabilində olan “xəlq” sözü isə əşyanın zahiri şəkli mənasında işlənmişdir.İnsanda olan daxili keyfiyyətlər əxlaqdır.İnsanlarda müşahidə olunan hər bir əməl və rəftar da əxlaq və əxlaqi rəftar adlanır.
“Xəlq” və “xülq” sözü ərəb mənşəli olub,eyni kökdən götrülmüşdür.Lakin,məna etibarı ilə bu sözlər bir-birindən fərqlənir.
Əxlaq alimləri insanın nəfsani sifətlərini iki hissəyə bölmüşlər;
1) Fitri;
2) Təbii.(İktisabi (kəsb edilmiş,qazanılmış və ya ixtiyari)).
Ftri sifətlər insanın nəfsani qüvvəsində zatən yaradılmış keyfiyyətlərdir.Onları əldə etməklə iradənin və əməlin heç bir rolu yoxdur.Məsələn,buna Allahaxtarma,irfan,təbii his (metafizika),maraq hissi,haqqsevərlik,başıucalıq və alıaçıqılıq,əql,şəhvət,qəzəb və bu kimi daxili hisslər.İnsanın daxili xüsusiyyətlərindən hesab edilən belə hisslər əslində ona əta olunmuş,onu zati və nəfsani qüvvəsi mərhələsində insanı başqa canlılardan ayıran bir imtiyazdır.
İktisabi sifətlər isə əməl və ixtiyar mərhələsində tədriclə qazanılan,fitri sifətlərdən faydalanaraq insan üçün bir nəticə verən xüsusiyyətdir.Əgər fitri istedadlardan və qabiliyyətlərdən düzgün istifadə olunmasa,iktisabi sifətlər də pis olacaqdır.
Hər halda,əxlaqi keyfiyyətlərə yetişmək üçün elmi,əməli təcrübə və daim öz üzərində çalıçmalar lazımdır.Bunun üçünsə, gərək biz rəzil (alçaq) sifətləri tanıyaq və insan şəxsiyyətinin həqiqi məqamlarəndan hali olaq.Bundan sonra isə nəfsi-əmmarə (pis işlərə sövq edən qüvvə) ilə mübarizə aparaq.Bunun üçün gərəkdir biz öz nəfsimizi daim təlim-tərbiyə edək.
Peyğəmbərlərin ən böyük və əsas hədəfi insanların nəfslərini aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhunu pərvəriş vermək, çiçəkləndirməkdir. Allah-taala Qur`ani Kərimdə buyurub: “Allah mö`minlərə minnət qoyaraq onların arasından özlərindən olan bir peyğəmbəri seçdi ki, Allahın ayələrini onlara tilavət etsin, onların nəfslərini, ruhıarını (aludəliklərdən və rəzil sifətlərdən) saflaşdırsın, onlara kitab və hikmət öyrətsin, həqiqətən (çünki) əvvəllər onlar azğınlıqda idilər” (“Ali-Imran” surəsi, ayə…164).
Tə`lim və tərbiyə məsələsi o qədər mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuşdur. Mütəal Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud xoşbəxtliyi özünün şəxsiyyətini necə qurmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması müqəddəratı həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, insanlara nəfsin təmizlənməsi, pərvəriş verilməsi və təkmilləşdirilməsini öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin əxlaqlardan, rəzil xüsusiyyətlərdən və heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl, əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, çirkin əxlaqları tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda onlara kömək etmək, onları ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi səciyyələri onların nəfslərində aşılayıb pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə təşviq etməklə, rəğbətləndirməklə onlara köməkçi olsunlar.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: “Sizi gözəl əxlaqlara tövsiyə edirəm; Allah məni həmin məqsədlə göndərmişdir.”(“Biharul-ənvar”, 69-cu cild, səh.375)
Başqa bir hədisdə buyurur: “Mən buna görə məb`us olmuşam ki, nəfslərdə gözəl əxlaqları tamamlayam.” (“Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282)
Axı Allah (c.c) bizi çox üstün qərar vermişsə biz niyə öz qədir və qiymətimizi bilməyək və Ona,layiq olmayaq?
Hikmətli Allah Qur`ani Kərimdə insanın yaradılışını belə vəsf edir: “Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə (atanın sülbündə və ananın bətnində) qərar verdik. Sonra nütfəni ələqə və ələqəni yumşaldılmış ət halına saldıq, o əti sümüyə döndərdik, sonra o sümükləri ətlə örtdük. Daha sonra təzədən (mələkuti, mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik. Yaradanların ən yaxşısının kamil qüdrətinə afərin!”( “Mö`minun” surəsi, 12-14)
Məhz insanın yaradılışı barəsində Allah-taala buyurur: “Təbarəkəllahu əhsənul-xaliqin.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir yüksək məqama çatır ki, Allah mələklərə səcdə etmək əmrini verib buyurur: “Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona verdikdə, siz ona tərəf səcdə edin!” (“Hicr” surəsi, ayə:29) İnsan Allah tərəfindən ehtirama layiq görülür və onun barəsində buyurulur “Biz Adəm övladlarını əzizlədik, onları quruluqların və dəryaların miniyinə səvar etdik, hər bir ləzzətli və pakizə yeməklərdən onlara ruzi verdik və onu məxluqatın çoxundan üstün etdik.” (“Isra” surəsi ayə:70) Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.
Deməli insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə onda, heyvani və cismani “öz”ünü yox, insani “öz”ünü pərvəriş verməlidir. Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki, insana, onun insani yönünün qurulmasında və pərvəriş verilməsində kömək etsin.
Vüqar Musəvi


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Azeri-islam | Baxış sayı : 504 | Rəylərin sayı (13) | 10 noyabr 2010

Mövzuya oxşar xəbərlər:

Bə`zi əxlaqi sifətlər [Yalan]
Bə`zi əxlaqi sifətlər [Yalan]
“Dilini islah edən insanın əməlləri çiçəklənər”
Nəsihətlər... (5)
Nəsihətlər... (5)
Allahın razılığı və qəzəbi...
Nəsihətlər... [17]
Nəsihətlər... [17]
Nəfsin hiylələri müqabilində ayıq olmaq lazımdır...
Günahlardan nicat tapmaq
Günahlardan nicat tapmaq
İmam Sadiq (ə) buyurur: "Qəlb üçün günahdan daha pis şey yoxdur"

Səhifəni çap et
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 13 may 2012 16:41 | 13

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Insanda lazimi bir xasiyyet...tewekkurler cox maraqlidi.... Gozel exlaqa sahib olan biri bu dunyanin en deyerli xezinesine sahib demekdir. Peygember(s.a.s)de exlaq barede buyurmuwdur: "Sizin en xeyirliniz,exlaqca en gozel olaninizdir." "Qiyamet gunu, emellerin tereziye qoyulacaq weylerin en agiri Allah qorxusu ve gozel exlaqdir.Allah chirkin ve pis sozlu kimseleri sevmez". Allah Sizden Razi Olsun ,Azeri-islam




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Best_BoY (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 23:50 | 12

Şərh sayı: 608
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 1.01.2011
Mükafatı yoxdur
Insanda lazimi bir xasiyyet...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 15:04 | 11

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
maraqlidir.thanks........yooooooooou




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
Ayla_girl (Offline)
Əlavə edilən tarix 28 noyabr 2010 20:33 | 10

Şərh sayı: 2032
Xəbər sayı: 71
Xalı: 20
Qeydiyyat: 21.11.2010
 
Maraqlidir tsk




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 3
Sparrow (Offline)
Əlavə edilən tarix 18 noyabr 2010 21:48 | 9

Şərh sayı: 2818
Xəbər sayı: 232
Xalı: 22
Qeydiyyat: 29.10.2010
  
Allah raz olsun sizden.Tsk.




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
SEV_GI (Offline)
Əlavə edilən tarix 11 noyabr 2010 19:34 | 8

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
Cox maraqlidir ALLAH razi olsun sizden twk Azeri-islam




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
Birtanem (Offline)
Əlavə edilən tarix 10 noyabr 2010 18:23 | 7

Şərh sayı: 853
Xəbər sayı: 85
Xalı: 180
Qeydiyyat: 3.05.2009
Mükafatı yoxdur
Allah Razi olsun axira kimi yazini maraqla oxudum.gozel exlaqa sahib olan biri bu dunyanin en deyerli xezinesine sahib demekdir. Peygember(s.a.s)de exlaq barede buyurmuwdur: "Sizin en xeyirliniz,exlaqca en gozel olaninizdir." "Qiyamet gunu, emellerin tereziye qoyulacaq weylerin en agiri Allah qorxusu ve gozel exlaqdir.Allah chirkin ve pis sozlu kimseleri sevmez". "Menim qatimda en sevimliniz exlaqca en gozel olan ve etrafindakilarla xow ve yaxwi reftarla kecinenizdir ki,onlar herkesi sever ve herkes de onlari sever. Menim qatimda en sevilmeyenleriniz ise dostlarin arasini acan ve temiz kimselerde qusur arayanlarinizdir".




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
EMERALD (Offline)
Əlavə edilən tarix 10 noyabr 2010 13:50 | 6

Şərh sayı: 2903
Xəbər sayı: 22
Xalı: 356
Qeydiyyat: 3.08.2010
 
MARAQLIDIR.SAG OL




Status: qeyd edilməyib
imza
GİTTİN.Şimdi 1 mevsim deyil koca 1 hayat girdi aramıza.Biliyorum ne sen döne bilirsin artık nede ben kapıyı açabilirim sana.Ama şunuda unutma Tek sen oldun benim hayatımda.Körleşti duygular senin yokluğunda...
ICQ: --
Reputasiya: 3
SERENA (Offline)
Əlavə edilən tarix 10 noyabr 2010 12:02 | 5

Şərh sayı: 1509
Xəbər sayı: 65
Xalı: 14
Qeydiyyat: 14.09.2010
 
Allah razi olsun.cox sagol




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
GATTAKA (Offline)
Əlavə edilən tarix 10 noyabr 2010 10:11 | 4

Şərh sayı: 1555
Xəbər sayı: 54
Xalı: 3
Qeydiyyat: 23.10.2010
 
TSK




Status: qeyd edilməyib
imza
Ən böyük çinar bir toxumda, ən böyük quş bir yumurtada gizlidir...
ICQ: --
Reputasiya: 1
hebibi_p (Offline)
Əlavə edilən tarix 10 noyabr 2010 09:58 | 3

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
thankyou

insanin exlaqionun basinin ucaligidi




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
avtosh_227 (Offline)
Əlavə edilən tarix 10 noyabr 2010 09:46 | 2

Şərh sayı: 791
Xəbər sayı: 3
Xalı: 0
Qeydiyyat: 10.01.2010
Mükafatı yoxdur
cox sagol.ALLAH savabina yazar insallah




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
xansuagdash (Offline)
Əlavə edilən tarix 10 noyabr 2010 00:59 | 1

Şərh sayı: 2848
Xəbər sayı: 21
Xalı: 61
Qeydiyyat: 21.05.2009
 
Tewekkur Allah razi olsun. Bir az uzundu axira qeder oxumaga sebrim catmadi. 5 xal




Status: qeyd edilməyib
imza




Elaqe: xansu@inbox.ru
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular