TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 41 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 40

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Heyvanlar aləmi

Heyvanlar aləmi [22 foto]...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » DUA - ALLAHI TANIMAQDIR

DUA - ALLAHI TANIMAQDIR

 (səs sayı: 8)

Bu xəbəri dostlarınla paylaş:
DUA - ALLAHI TANIMAQDIR

Dua edən hər bir şəxs Aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir. Allah-təala buyurur: Kim Məndən bir şey istəsə, xeyir və zərərin əlimdə olduğunu bilsə, duasını qəbul edərəm


Dua edən hər bir şəxs Aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir. Allah-təala buyurur: «Kim Məndən bir şey istəsə, xeyir və zərərin əlimdə olduğunu bilsə, duasını qəbul edərəm».

İmam Kazim (ə) buyurur: «Səhabələr İmam Sadiqdən (ə) soruşdular: «Nə üçün etdiyimiz dualar qəbul olunmur?» İmam (ə) cavab verdi: Çünki tanımadığınız şəxsi çağırırsınız!?»

«Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin» ayəsinə işarə edək. Yəni, əgər Allaha ümid bəsləyirsinizsə bilin ki, O, istəklərinizi həyata keçirəcəkdir. Peyğəmbər (s) buyurur: «Dualarınızın qəbul olunacağını yəqin etdiyiniz bir halda Allahı çağırın».

İmam Cəfər Sadiq (ə) buyurur: «Dua etdiyiniz zaman belə güman edin ki, hacətiniz evinizin kənarında hazırdır». (Yəni qəbul olunacağını yəqin bilin).

Dua edən şəxs öz hacətini Allahdan dilədiyi zaman yalnız və yalnız Ona ümidvar olmalı və digər vasitələrə ümid bəsləməməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «Dualarınızın Allah dərgahında qəbul olunmasını istəyirsinizsə, yalnız Ona ümidvar olun və camaata əsla ümid bəsləməyin».

Dua edən hər bir şəxs Allah dərgahına saf niyyətlə üz tutmalı və öz istəklərini səmimi qəlb ilə çatdırmalıdır. İmam Cəfər Sadiq (ə) buyurur: «Allah, qəflət içində olan qəlblərdən duaları qəbul etməz. Elə isə Allah dərgahına dua etdiyiniz zaman qəbul olunacağını yəqin bilin».

Dua edərkən insanın Allah qorxusundan ağlayıb ah-nalə etməsi, aləmlərin Rəbbinə möhtac olduğuna dəlalət edir. İnsan belə etməklə, tam ciddiliklə istək və arzularını büruzə verə bilər. Demək, dua edən hər bir şəxs öz ehtiyacını Allah dərgahında kiçilərək ürək yanğısı ilə büruzə verməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: Qəlbiniz yumşaldığı zaman dua edin, çünki qəlb saflaşmadan yumşalmır».

Peyğəmbər (s) buyurur: «Allahın adı ilə başlanan dualar rədd olunmur».

Ümumiyyətlə, hər bir müsəlman özünün bütün işlərini Allahın adı ilə başlamalıdır.

İnsan dua etməzdən əvvəl Allahı Ona layiq olan adlarla mədh və tərif etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «Allahı mədh və tərif etmədən olunan dualar naqisdir və heç nəticə vermir».

PEYĞƏMBƏR (S) VƏ ONUN ƏHLİ-BEYTİNƏ SALAVAT VƏ SALAM

Allahı gözəl adlarla vəsf etdikdən sonra yaxşı olar ki, Həzrət Məhəmməd (s) və onun Əhli-beytinə salavat və salam göndərilsin.

Peyğəmbər (s) buyurur: «Mənə salavat və salam göndərməyiniz dualarınızın qəbul və əməllərinizin saflaşmasına səbəb olacaqdır.»

İmam Cəfər Sadiq (ə) buyurur: «Peyğəmbər (s) və onun Əhli-beytinə salam və salavat göndərməyincə dualarınız Allah dərgahına ucalmır».

Peyğəmbər (s) və onun Məsum Əhli-beyti (ə) Allahla insanlar arasında rəhmət və mərhəmət vasitəsi olduqları üçün, onlar Allah dərgahında şəfaət etməyə ən layiqli şəxslərdir. Möminlər Allah dərgahından öz hacətlərini dilədikləri zaman onların böyüklüyünə and verir və özləri ilə Allah arasında şəfaətçi qərar verirlər.

İnsan öz istək və hacətlərini diləməzdən əvvəl özünün Allah qarşısında aciz, peşiman və günahkar olduğunu iqrar etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «And olsun Allaha! Günahını iqrar etməyincə kimsənin günahı bağışlanmır.»

Allah-təala hədisi-qüdsidə Peyğəmbərə (s) buyurur: «Sənin vəzifən dua etmək, Mənim üzərimə düşən isə duaları qəbul etməkdir. Qazancı haram yolla olanlardan başqa, kimsənin duası Məndən gizli qalmır».

Peyğəmbər (s) buyurur: «Dualarının qəbul olunmasını istəyənlər yemək və qazancını halal yolla əldə etməlidirlər.»

İnsan dua edərkən öz istək və arzularından tez əl çəkməməli, Allahın rəhmət dərgahından bir an da olsun ümidini qırmamalıdır. İnsanın bu işdə israr etməsi onun Allaha tam əmin və güvənməsindən xəbər verir. İstək və arzularının qəbul olunmasına ümid bəsləməyənlərin bu soyuq rəftarı, onların Allaha etimadsızlığına dəlalət edir. Nəql olunmuş bir çox hədis və rəvayətlərdə müsəlmanlara dualarının qəbul olunmasında mümkün qədər çox israr etmələri tövsiyə olunur. Peyğəmbər (s) buyurur: «Həqiqətən dualarının qəbul olunmasında israr edənləri Allah-təala çox sevər».

Yaxşı olar ki, dualar cəm və kütləvi halda olunsun. İmam Cəfər Sadiq (ə) buyurur: «Atam (İmam Baqir) kədərli vaxtında qadın və uşaqlarını başına yığıb dua edər, onlar da amin deyərdilər».

Dua etməklə yanaşı, insan daim zəhmətə qatlaşmalı və imkanlarından bacardığı qədər istifadə etməlidir. Əli (ə) bu haqda buyurur: «Əməlsiz dua kamansız oxa bənzər».

Yaxşı olar ki, insan Allah dərgahına üz tutduqda Məsum imamlardan (ə) bizlərə gəlib çatmış dualardan istifadə etsin. Ən gözəl ifadələr və ən gözəl diləklər məhz onların etdikləri dua və kəlamlarında nəzərə çarpır. Kumeyl, Səbah, Əbu Həmzə Somali, Şəban ayının münacatları və bu kimi dualar hər bir müsəlmanın mənəvi saflığına müsbət təsir göstərir. Bütün bunlarla yanaşı, insan dua edərkən təharətli olmalı, dəstəmaz alıb üzü qibləyə dayanmalı, zaman və məkanının münasibliyinə diqqət yetirməlidir.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: saki_18 | Baxış sayı : 1325 | Rəylərin sayı (16) | 15 dekabr 2009

Mövzuya oxşar xəbərlər:

Məsumların nurlu kəlamlarından 500 hədis [401-420]
Məsumların nurlu kəlamlarından 500 hədis [401-420]
Həzrət Əli (ə) buyurur: “Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya” ...
RUZİNİ ARTIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR
RUZİNİ ARTIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR
RUZİNİ ARTIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR
Məsumların nurlu kəlamlarından 500 hədis (1-20)
Məsumların nurlu kəlamlarından 500 hədis (1-20)
Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).
Məsumların nurlu kəlamlarından 500 hədis [141-160]
Məsumların nurlu kəlamlarından 500 hədis [141-160]
Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır” ...

Səhifəni çap et
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 13 may 2012 14:35 | 16

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Allah razi olsun! Cooox maraqli xeberedir tesekkur edirem....
Saf durekle Dua edirsense ,neticesinide gorersen .Allah her kesin Duasini qebul elesin ...Amin InwAllah




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
ARZUWKA (Offline)
Əlavə edilən tarix 3 aprel 2012 15:13 | 15

Şərh sayı: 19
Xəbər sayı: 0
Xalı: 23
Qeydiyyat: 11.03.2012
Mükafatı yoxdur
SAF UREKLE DUA EDERSENSE HER ZAMAN NETICESI OLAR




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 1
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 2 yanvar 2011 11:14 | 14

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
Allah razi olsun!!! cooox maraqli xeberedir tesekkur edirem....




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
Best_BoY (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 23:41 | 13

Şərh sayı: 608
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 1.01.2011
Mükafatı yoxdur
Movzunun adi ile raziyam)




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 1 yanvar 2011 15:14 | 12

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
ALLAH RAZI OLSUN.THANKS




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
MADMAZEL (Offline)
Əlavə edilən tarix 9 noyabr 2010 15:14 | 11

Şərh sayı: 498
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 16.10.2010
Mükafatı yoxdur
TWK LER




Status: qeyd edilməyib
imza
HEYAT YALANDI
в–?в–“в”¼в–€в–?в–?в–€в”¼в–„в–?в–?в–?в–„в”¼в–€в–?в–?в”¼в–?в–?в–€в–?в–?в–€в–€в–€в–?в”¼в–“в–? в–?в–“в”¼в”¼в–?в–?в”¼в–?в–?в–?в”¼в–?в–?в–?в”¼в–?в–?в”¼в–?в–?в”¼в–?в–?в–„в–?в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в–?в–?в”¼в–€в–?в–?в–„в–?в–?█┈█в–?в–„в–?в–€в”¼в–?в–?в–€в–?в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в–„в–?в–?в–„в–„в–?в–€в–€в–€в–€в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–„в–?в–?в–„в–„в–„в–?в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–„в–?в–?в–„в”¼в”¼в”¼в–„в–?в–?в–„в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в”¼в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–?
ICQ: --
Reputasiya: 0
hebibi_p (Offline)
Əlavə edilən tarix 1 noyabr 2010 18:10 | 10

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
thankyou




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
SEV_GI (Offline)
Əlavə edilən tarix 2 avqust 2010 21:36 | 9

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
Dua elemeyi cox xowlayiram ve inaniram ki dualarimla ALLAIN yanindayam




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
Muslim_Girl (Offline)
Əlavə edilən tarix 28 iyul 2010 12:53 | 8

Şərh sayı: 588
Xəbər sayı: 108
Xalı: 0
Qeydiyyat: 30.04.2010
Mükafatı yoxdur
number1




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 2
Ancelas (Offline)
Əlavə edilən tarix 7 aprel 2010 12:57 | 7

Şərh sayı: 1851
Xəbər sayı: 50
Xalı: 0
Qeydiyyat: 23.01.2010
 
Duanizi hec vaxt esirgemeyin hemiwe Allaha dua edin. Cox sagolun xebere gore thanka




Status: qeyd edilməyib
imza
ICQ: 644628271
Reputasiya: 0
NexT_GeN_HackER (Offline)
Əlavə edilən tarix 18 mart 2010 14:45 | 6

Şərh sayı: 21
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 16.03.2010
Mükafatı yoxdur
THUG_LIFE, teksti sec(mouse ile) sonra Ctrl+C bas
sonra word, yanda notepad acib ctrl+v vas




Status: qeyd edilməyib
imza
Devil_Wilkens
ICQ: --
Reputasiya: 0
THUG_LIFE (Offline)
Əlavə edilən tarix 24 dekabr 2009 02:57 | 5

Şərh sayı: 2
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 23.12.2009
Mükafatı yoxdur
MEN BUNLARI NECE YUKLEYIM?




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Wolffive (Offline)
Əlavə edilən tarix 15 dekabr 2009 22:08 | 4

Şərh sayı: 598
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 27.04.2009
Mükafatı yoxdur
Allah razi olsun. Cox sag ol.




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
lady (Offline)
Əlavə edilən tarix 15 dekabr 2009 15:36 | 3

Şərh sayı: 245
Xəbər sayı: 1
Xalı: 0
Qeydiyyat: 21.11.2009
Mükafatı yoxdur
xebere gore flag thankyou tesekkurler




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
JAKUDZA (Offline)
Əlavə edilən tarix 15 dekabr 2009 14:40 | 2

Şərh sayı: 532
Xəbər sayı: 3
Xalı: 0
Qeydiyyat: 29.11.2009
Mükafatı yoxdur
oxumadim ama twk




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 0
xansuagdash (Offline)
Əlavə edilən tarix 15 dekabr 2009 11:58 | 1

Şərh sayı: 2848
Xəbər sayı: 21
Xalı: 61
Qeydiyyat: 21.05.2009
 
Allah razi olsun




Status: qeyd edilməyib
imza




Elaqe: xansu@inbox.ru
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular