TƏQVİM

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 25 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 24

.Saytda olan son 20 istifadəçi
AKIS AlfredInono
Azeko botabash
camalsemed Candy
DanielFaF elsad.musa
elvin_006 F_E_R_I_D
Kadim Kadimov
M1rZ3 Mery
mpt-4 nusret2222
PhktCarRent rosqa1123
sevalya venera14

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

K-Lite Mega Codec Pack 5.2

K-Lite Mega Codec Pack 5.2Proqramın yeni versiyasıdır.K-Lite Codec Pack - bütün növ video audio formatlarını də...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Rəbbin dərgahında [4]

Rəbbin dərgahında [4]

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Rəbbin dərgahında [4]

Məgər mö`cüzə və ya qeyri-adi işləri qəbul etmək səbəbiyyət prinsipini inkar etməkdirmi? Məgər səbəbiyyət prinsipi ümumi bir qanundur? Bu qanunu qəbul etmək üçün mö`cüzə və duanın tə`sirini inkar etmək lazımdırmı?
Səbəbiyyət prisipinin istisnasız, ümumi və zəruri bir qanun olmasına heç bir şübhə yoxdur. Əlbəttə, bu məsələni izah etmək üçün geniş fəlsəfi bəhslərə ehtiyac vardır. Məsələyə aydınlıq gətirmək üçün yalnız bir neçə işarə ilə kifayətlənirik.
Sual olunur: Əgər səbəbiyyət prinsipi ümumi və zəruri bir prinsipdirsə, mö`cüzələri və duanın tə`sirini necə qəbul edə bilərik? Bu sualın cavabının izahı üçün müqəddimə vermək lazımdır: Səbəbiyyət qanununu gerçək saymaqla bütün hallarda xüsusi səbəblərin olmasını qəbul etmək və səbəbi, tanıdığımız səbəblərə həsr etmək arasında fərq vardır. Burada isə bu iki mövzu bir-birindən ayrılmamışdır.
Fəlsəfədə inkarolunmaz və aşkar bir səbəbiyyət qanunu vardır. Bunun məfhumu isə aşağıdakı kimidir:
Varlıq aləmində olan bə`zi mövcudlar başqa mövcudların olmasına ehtiyaclıdır və onların varlığı başqa mövcudların varlığı ilə şərtlənmişdir. Məsələn, nəfsə bağlı və onun nəticəsi olan iradə. Bu məsələnin fəlsəfi qaydası ehtiyaclı mövcud və vücudu mümkün olan (mümkünəl-vücud) nəticənin onun ehtiyacını ödəyəcək mövcuda ehtiyaclı olmasından ibarətdir. Yə`ni əgər ehtiyaclı bir mövcudun ehtiyacı tə`min olunursa, mə`lum olur ki, onun bu ehtiyacını ödəyən bir səbəb vardır. Beləliklə, hadisələr və varlığı özündən olmayan bütün şeylər başqa bir amilin tə`siri nəticəsində yaranmalıdır.
Bu şübhəsiz və aşkar bir qanundur. Bu qaydaya əsasən, alimlər hər bir elmdə hadisələrin səbəbini axtarmaqla məşğuldurlar. Tarix boyu alimlər hadisələrin səbəbini belə bir qaydaya əsasən axtarıblar ki, nəticə səbəbsiz ola bilməz. Bəşəriyyətin indiyə qədər kəşf etdikləri də bu qanunun bərəkəti nəticəsindədir.
Bu mövzuda yaranmış qatışıqlığın səbəbi xüsusi səbəblərin tanınmasındadır. Yə`ni səbəbsiz olaraq nəticənin yarana bilməməsi qanununu qəbul etdikdən sonra, növbə xüsusi nəticələr üçün xüsusi səbəblərin tə`yin olunmasına çatır. Hər bir hadisənin xüsusi səbəbini tanımaq fəlsəfənin əhatəsindən xaric olaraq elmin əhatəsinə daxil olur.
Beləliklə, fəlsəfi səbəbiyyət qanunu hər bir nəticənin səbəbə ehtiyaclı olmasını bəyan edir. Bu qanun üçün fəlsəfə ümumi şərh verir. Lakin fəlsəfə xüsusi bir nəticənin öz xüsusi səbəbini göstərmir və bu işdə təcrübə ilə səbəbləri tanımağı elmin vəzifəsi sayır. (Öncə qeyd olundu ki, səbəbləri tanıma yolu amil və şərtləri müəyyənləşdirməkdir). Səbəbiyyət qanunu əqli qanun olaraq deyir: Məhdud, şərtli və ehtiyaclı olan mövcudların arxasında başqa bir şey olmalıdır ki, onunla əlaqə vasitəsi ilə varlıq tapsınlar. Lakin bu şeyin hansı xüsusiyyətlərə və hansı tə`sirə malik olduğunu səbəbiyyət qanunu müəyyənləşdirmir. Başqa sözlə, hər bir hadisənin xüsusi səbəblərini səbəbiyyət qanunu vasitəsi ilə tanımaq olmur. Deyildiyi kimi, xüsusi səbəbləri tanımaq elm və təcrübənin işidir; səbəbiyyət qanunu isə əqli qanun olaraq təcrübədən öndə gəlir və ondan asılı deyil.
Misal üçün fərz edin: Təcrübə otağında bir alim şərtləri dəyişmək ilə hadisənin səbəbini kəşf etmək istəyir. Gözlənilmədən yeni bir hadisə baş verir; məsələn, işıq saçılır, səs gəlir və ya başqa bir maddi hadisə baş verir. Alim eşidən və ya görən kimi bu hadisənin baş verməsindən xəbər tutur və bu hadisənin səbəbsiz olmadığını anlayır. O bu mövzunu əqli səbəbiyyət qanununa əsasən anlayır və heç bir təcrübəyə də ehtiyac duymur. Lakin ağıl öz-özlüyündə bu hadisənin yaranma səbəbini tə`yin edə bilməz. Əgər belə olmasaydı heç vaxt təcrübəyə ehtiyac qalmazdı və təkcə ağıl hadisələrin baş vermə səbəbini tə`yin etmək üçün kifayət edərdi. Bu hadisənin baş vermə səbəbini tapmaq üçün təcrübəyə ehtiyac vardır. Beləliklə, işin xüsusi səbəblərini tanımaq ağılın yox, elm və təcrübənin işidir.
Bə`zi şəxslər maddi bir hadisənin səbəbini bilmədikdə və ya öz təcrübələrində bu hadisənin baş vermə səbəbini göstərə biləcək bir şey tapmadıqda, səbəbiyyət qanununda istisna yarandığını güman edirlər.
Bə`zi fiziklər bir sıra hadisələrin gizli səbəblərini tapa bilmədikləri üçün (məsələn; necə olur ki, xüsusi bir elektron öz orbitindən xaric olur) bu hadisələrin səbəbsiz olduğunu deyir və bu yerdə səbəbiyyət qanununun pozulmasına inanırlar; baxmayaraq ki, səbəbiyyət qanunu pozulmaz bir qanundur! Onların axtarmalı olduqları baş vermiş hadisənin öz xüsusi səbəbidir. Əgər bu səbəb tanınmamışsa, demək, təcrübə naqisdir.
Beləliklə, xüsusi səbəbi tanımaq təcrübənin işidir. Lakin (ikinci dolaşıq düşmüş) məsələ budur ki, hadisənin ona həsr olunmuş səbəbini təcrübə vasitəsi ilə tapmaq olarmı? Xüsusi bir şəraitdə təcrübə aparırıq və bir şeyin yaranışının digər bir şeyin əhatəsində olması, bu iki şey arasındakı əlaqə bizə mə`lum olur. Məsələn, təcrübə yolu ilə müəyyənləşdiririk ki, “a” olarsa, “b” də yaranacaq. Eyni zamanda əgər “a”-nı götürsək, “b” də yox olacaq. Məgər bu təcrübə “b”-in “a”-dan başqa bir yolla yaranmadığını deyirmi?
Bəşəriyyət uzun illərdi ki, od hazırlamaq üçün xüsusi vasitələrdən istifadə edir. Demək olarmı ki, od bu vasitələrdən başqa heç bir yolla yaranmır? Başqa sözlə hərarət yaratmaq üçün oddan istifadə edirik. Məgər deyə bilərik ki, hərarət oddan başqa heç bir yolla yaranmır? Məgər iddia etmək olar ki, hərarət dünyanın hər yerində və hər bir zamanda od vasitəsi ilə yaranır? Təcrübə bizə bu nəticəni verir? Yoxsa təcrübə xüsusi şəraitlərdə hərarətin odun nəticəsi olduğunu göstərir? Biz yalnız onu deyə bilərik ki, bildiyimizə görə hərarətin yaranma səbəbi oddur. Lakin hərarətin yaranması üçün başqa səbəblərin olmasını mümkünsüz saya bilmərik. Bu iddia cahilanədir və tədqiqatçı şə`nindən uzaqdır. Hiss olunmayan və tanınmayan bir səbəbin tə`sirini inkar etmək olmaz.
Beləliklə, təcrübə (elm) bəşəriyyətə əşyanın yeganə mümkünlük səbəbi olduğunu öyrədə bilməz. Təcrübə yalnız hisslərin duyduğu şeyləri sübut edir. Amma təcrübə hisslərdən yuxarı həqiqətləri inkar edə bilməz. Demək, elmin peyğəmbər buyuruqlarını və duaların tə`sirini müstəqil şəkildə inkar etməsi əsassızdır. Elm təcrübə əsasında insanın ata-ana vasitəsi ilə yarandığını deyir. Lakin elm insanın başqa bir yolla yaranmasını mahal, mümkünsüz saya bilməz.
Ümumiyyətlə, təcrübə nəyinsə mahal olmasını sübut edə bilməz. Mümkünsüzlük (mahal olma) təcrübə ilə müəyyənləşdirilmir. Mümkünsüzlük fəlsəfəsi bir məfhumdur və yalnız ağıl yolu ilə sübut olunur. Təcrübə yolu ilə hansısa bir hadisənin olmaması sübuta yetir. Lakin bu hadisənin mümkünsüzlüyü təcrübə ilə müəyyənləşdirilə bilməz. Demək, elm nə qədər inkişaf etsə də, mö`cüzə, duanın tə`siri və bu kimi məsələləri inkar edə bilməz. Bu müqəddimədən sonra aşağıdakılar mə`lum olur:
Mö`cüzə və ya hər bir qeyri-adi işi qəbul etmək səbəbiyyət qanununun inkarı və ya bu qanunda istisna olmasını qəbul etmək deyil. Bu işlər Allaha aid olduğu üçün varlıq səbəbi onların özlərindədir. Yə`ni bu işlərin mümkünlüyünü qəbul etmək, Allahın səbəbiyyətinin mümkünlüyünü qəbul etməkdir. Təbii səbəblər barəsində: Əgər təbii bir səbəb olmadan nəticə yaranırsa, bu səbəbiyyət qanununun pozulması deməkdirmi? Verilmiş müqəddiməyə əsasən, iddia etmək olmaz ki, bizim tanıdığımız təbii səbəb hansısa bir nəticənin yaranmasının yeganə mümkün səbəbidir. Bunun üçün başqa yollar da vardır. Çünki qeyri-adi işlərin yaranmasında Allahdan başqa bizim tanımadığımız başqa səbəblər də vardır.
Bundan başqa təbii işlər üçün olan qeyri-təbii səbəbiyyət səbəbiyyət qanunu ilə inkar olunmur. Heç bir elm təbii bir işin yaranmasında qeyri-təbii bir işin tə`sirini inkar edə bilməz. Lakin bu cür tə`sirləri elm həmişə isbat edə bilmir. Riyazətlə (nəfsi sıxıntıya salma) məşğul olub güclü nəfsani qüvvə əldə edən şəxslər bə`zi maddi hadisələrə tə`sir göstərə bilərlər. Onların bə`zi işləri təbii vasitələrlə görüləsi iş deyil. Bu məsələ bu gün şübhə doğurmayan məsələlərdəndir.
Beləliklə, qeyri-təbii işlərin yaranması səbəbiyyət qanununun pozulması (fəlsəfi səbəb və nəticə qanunu) demək deyil. Demək, bunun inkarı üçün “Fatir” surəsinin 43-cü ayəsini (“Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.”) dəlil gətirən şəxslərin sözləri əsassızdır. Bununla da mə’lum olur ki, qeyri-adi işlər ilahi qanunun pozulması demək deyildir. Bu ayə bəşər cəmiyyəti haqqındadır. Ayədə bildirilir ki, bir qövm üsyan qaldırsa, ilahi ayələri təkzib etsə, ilahi ayələrin inkarı mövqeyini tutsa, cəmiyyətdə fəsad yayılsa, haqq yol bağlansa və xalq çətinliyə düşüb haqq yolu tapa bilməsə, Allahın belə hal üçün nəzərdə tutulmuş qanunu işə düşür. Bu qövmə möhlət verilmir. Onlar göy və ya yer əzabı ilə yaxalanır və məhv edilir. Ayə bu sayaq hallar üçün nəzərdə tutulub və təbiət qanunları ilə heç bir əlaqəsi yoxdur. Ayədə hər bir maddi hadisənin maddi bir səbəbdən doğmasının (məsələn, hərarətin həmişə oddan hasil olmasının) ilahi qanun olması nəzərdə tutulmur.
İşarə olunmuş ayənin dünyaya hakim bütün qanunlara aid olduğunu fərz edib, soruşuruq: Məgər Allahın qanunları yalnız bizim tanıdığımız qanunlardır? Yox əgər bizim tanımadığımız qanunlar vardırsa, bunlar da Allahın qanunlarıdırmı?
İlahi qanunlardan biri budur ki, hər zaman məsləhət olarsa, iş qeyri-təbii yolla baş tutsun. Elm və ya fəlsəfə nə vaxt sübut etmişdir ki, hər bir təbii hadisənin yalnız adi və maddi səbəb yolu ilə baş verməsi Allahın qanunudur?
Beləliklə, mö`cüzə və duanın tə`sirinin sübut olması baş vermiş hadisələrin səbəbsiz olması demək deyildir. Əksinə, bu iş bəşəriyyətin tanıdığı səbəblərin arxasında başqa səbəblərin də dayandığını sübut edir; səbəbiyyət qanunu ümumi və zəruri bir qanun olaraq mö`cüzə və qeyri-təbii işlərlə cəmləşir və onlarla heç bir ziddiyyəti yoxdur. (Bu barədə müəllifin “Qur`an maarifi” kitabına müraciət edin.)


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Menekşe | Baxış sayı : 292 | Rəylərin sayı (9) | 19 iyul 2013

Mövzuya oxşar xəbərlər:

Rəbbin dərgahında [3]
Rəbbin dərgahında [3]
Duanın müstəqil təsiri...
Rəbbin dərgahında [1]
Rəbbin dərgahında [1]
Birinci hissə: Dua barəsində söhbətlər...
Çətinliklər Allahın Neməti
Çətinliklər Allahın Neməti
Vaciblər və haramların bəyan olması insanın xeyirə yaxınlaşması və zərərdən uzaqlaşmasından başqa məqsəd daşımır ...
İmanın bəzi nəticələri
İmanın bəzi nəticələri
İmanın bəzi nəticələri

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 11 avqust 2013 17:37 | 9

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
Just_For,
decel_qiz,
Cumlemizdenn...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
decel_qiz (Offline)
Əlavə edilən tarix 11 avqust 2013 17:08 | 8

Şərh sayı: 98
Xəbər sayı: 0
Xalı: 97
Qeydiyyat: 10.08.2013
Mükafatı yoxdur
allah haminizdan razi olsun twkler




Status: qeyd edilməyib
imza
Zor Kozim Kolay Affetmem
ICQ: --
Reputasiya: 0
Just_For (Offline)
Əlavə edilən tarix 10 avqust 2013 22:12 | 7

Şərh sayı: 194
Xəbər sayı: 7
Xalı: 170
Qeydiyyat: 4.08.2013
Mükafatı yoxdur
Allah razi olsun melek




Status: qeyd edilməyib
imza
Menim noqtemin sonuna vergul qoyanin ureyine girib ele nida qoyaramki heyati sual altinda qalar
ICQ: --
Reputasiya: 0
Menekşe (Offline)
Əlavə edilən tarix 23 iyul 2013 21:24 | 6

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
mozam,
cumlemizden..




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
mozam (Offline)
Əlavə edilən tarix 23 iyul 2013 20:35 | 5

Şərh sayı: 9
Xəbər sayı: 0
Xalı: -1
Qeydiyyat: 23.07.2013
Mükafatı yoxdur
Allah razi qalsin




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Menekşe (Offline)
Əlavə edilən tarix 20 iyul 2013 14:36 | 4

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
_GuNkA_,
Cox sagol cumlemizden...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
_GuNkA_ (Offline)
Əlavə edilən tarix 19 iyul 2013 17:26 | 3

Şərh sayı: 108
Xəbər sayı: 14
Xalı: 63
Qeydiyyat: 17.07.2013
Mükafatı yoxdur
Allah sizden razi olsun




Status: qeyd edilməyib
imza
......
ICQ: --
Reputasiya: 1
Menekşe (Offline)
Əlavə edilən tarix 19 iyul 2013 17:21 | 2

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
SiMPLe_GiRL,

Cümləmizden baci..




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 19 iyul 2013 17:19 | 1

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Allah razi olsun




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular