TƏQVİM

«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

ONLİNE

Hal-hazırda saytda 37 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 36

.Saytda olan son 20 istifadəçi
2Karona amerika
Ashleynig ASTEROID
Ateist azefefo
Darknight Davidged
eagewsjes edurnenok
efygas Falaexalp
HowardSap HymanPer
ijuxobajo LeGaCy
MelvinTog OSMANOV
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Qarışıq aforizmlər

Ən maraqlı aforizmlər xəbərin ardında...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Məhərrəm ayının əməlləri

Məhərrəm ayının əməlləri

 (səs sayı: 6)

Bu xəbəri dostlarınla paylaş:
Məhərrəm ayının əməlləri

Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir. 1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur. 2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar. 3. İkirükətli namazdır ki, hər bir rükətində “Həmddən” sonra 11 dəfə “Tövhid” surəsi oxunar. Peyğəmbərdən (s) nəql edilir: “Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. O kəs kimi olar ki, bütün il boyu xeyr iş görmüşdür. Həmin ildə hifz edilər. Əgər ölərsə, behiştə gedər”.

Birinci gün: Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan nəql edir: “Hər kim bu günü oruc tutarsa, Allahı çağırarsa, Allah onun duasını yerinə yetirər. Necə ki, Zəkəriyyanın (ə) duasını qəbul etmişdi".
İmam Rzadan (ə) nəql edilir: “Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq, bu duanı edərdi: Allahım, Sən əzəli Məbudsan! Bu Sənin ilindir. Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm. Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur! Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemətverən...”.

Üçüncü gün: Həzrət Yusifin (ə) zindandan azad olduğu gündür. Kim həmin günü oruc tutarsa, Allah Təala çətin işləri onun üçün asan edər. Qəmi ondan uzaqlaşdırar. Duası qəbul olar.

Doqquzuncu gün: Tasua günüdür. İmam Sadiqdən (ə) nəql edilir: “Tasua o gündür ki, İmam Hüseyni (ə) və tərəfdaşlarını Kərbəlada mühasirəyə aldılar. Şam ordusu Həzrətlə döyüşmək üçün dairə qurdu. İbni Mərcanə və Ömər Səd ordunun çoxluğuna görə sevinirdilər. İmam Hüseyni (ə) və səhabələrini zəif hesab edirdilər. Yəqin etdilər ki, Həzrətin köməyinə heç kim gəlməyəcəkdir. İraq xalqı ona yardım etməyəcəkdir”.

Onuncu günün gecəsi: Aşura gününün gecəsidir. Seyid Tavus bu gecə üçün çox sayda namaz və dualar zikr etmişdir. O cümlədən yüz rükət namazdır ki, hər rükətində “Həmd” surəsindən sonra üç dəfə “tövhid” deyilir və sonra bu duanı oxuyursan: "Allah münəzzəhdir, Allaha həmd olsun, Allahdan başqa məbud yoxdur. Allah böyükdür”.
Başqa bir hədisdə tövbə etmək də zikr edilmişdir. Gecənin sonunda dörd rükət namaz zikr edilmişdir ki, hər bir rükətində “Həmddən” sonra “Ayətil-kürsünün” hər hansı ayəsi, “Tövhid”, “Nas”, “Fələq” surələrini on dəfə oxumaq. Salamdan sonra yüz dəfə “Tövhid” surəsini oxumaq. Başqa bir namaz dörd rükətli namazdır ki, hər rükətində “Həmddən” sonra 50 dəfə “Tövhid” surəsini oxumaqdır. Bu namaz Əmirəl-möminin (ə) namazına bərabərdir və çox fəzilətlidir. Namazdan sonra Allahı çoxlu zikr edin, Peyğəmbərə (s) salavat göndərin, nə qədər bacarırsınızsa, düşmənlərə lənət deyin. Bu gecədə ibadət etmək bütün mələklərin ibadəti kimidir. Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər kimsə bu gecə Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin yanında səhərə qədər dua etsin. Allah onu, şəhidlər sırasında məhşur edər.

Aşura günü: Həzrət Hüseynin (ə) şəhid olan günüdür. Bu gün Məsumların (ə) və onların davamçılarının qəm və qüssə günüdür. Bu gün yaxşı olar ki, müsəlmanlar dünya işləri ilə məşğul olmasınlar. Göz yaşı tökərək, mərsiyə desinlər. Həzrətə əzadarlıq keçirtsinlər. Sanki övladları və yaxın əzizlərinin əzadarlığını keçirmiş kimi, bu işə şövqlə yanaşsınlar. "Aşura" ziyarətini oxuyaraq, Həzrəti (ə) ziyarət etsinlər. Həzrətin qatillərinə lənət oxusunlar. Həmin günü oruc tutmayın, ancaq yemək və içməyə meyl göstərməyin. Əsrdən sonra müsibət əhlinin iftar etdiyi yeməklərdən yeyin. Qatıq, süd kimi. Əllamə Məclisi buyurmuşdur: “Yaxşı olar ki, Məhərrəm ayının doqquzuncu və onuncu günü oruc tutmayasınız. Çünki Bəni-Ümməyə bərəkət olsun deyə bu iki günü oruc tutmuşdular. Yalan deyərək, bu iki gündə oruc tutmağın fəzilətli olmasını Peyğəmbərə (s) nisbət vermişdilər. Əhli-Beyt (ə) bu iki gün haqqında çox sayda hədis nəql etmişdir. Bu iki gün, xüsusilə də Aşura günü məzəmmət edilmişdir".
Həzrət Rzadan (ə) nəql edilir: “Hər kim Aşura günü öz ehtiyaclarını unudar, iş dalınca getməz, Allah onun dünya və axirət ehtiyaclarını ödəyər. Hər kim Aşura günü qəmgin və ağlar olarsa, Allah Qiyamət gününü onun sevincli və xoşhal olan günü edər. Behiştdə nəzərləri bizimlə aydın olar. Hər kim Aşura günü bərəkət günü adlandırar, həmin günü evi üçün nəyisə alarsa, Allah aldığı şeyi onun üçün mübarək etməz. Qiyamət günü Yezid, Ubeydullah ibni Ziyad və Ömər ibni Sədlə məhşur olar".
Ona görə də bu günü insan başqa işlə məşğul olmamalıdır. Ağlamalı və mərsiyə deməlidir. Ev əhlinə göstəriş verin ki, o Həzrətin əzasını saxlasınlar. Matəm və əzadarlıqla məşğul olsunlar.

İyirmi beşinci gün: Həzrət Zeynəlabidin (ə) dünyadan köçmüşdür.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Menekşe | Baxış sayı : 375 | Rəylərin sayı (6) | 20 noyabr 2012

Mövzuya oxşar xəbərlər:

Aşura
Aşura
Qəməri ayların ilki olan Məhərrəmin onuncu günü Aşura adı ilə tanınmışdır. Bu gundə oruc tutmaq Allaha xoş gedən əməllərdəndir. ...
Məhərrəmlik
Məhərrəmlik
Məhərrəmlik ayında olar olmazlar
27 dekabr - Aşura
27 dekabr - Aşura
Bu gün aşura günüdür !ALLAH yezidə ,ona dəstək olanlara,komək edənlərə lənət eləsin.Bir çoxları bu gün ziyarətlərə gedir və ya məscidlərdə qalırlarBəs siz harada olacaqsız inşALLAH? ...
Qədr Gecələrinin Əməlləri
Qədr Gecələrinin Əməlləri
Qədir gecəsinin Tam olaraq əməlləri ilk dəfə Nice.Az-da.

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 12 iyun 2013 22:58 | 6

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
DEMI,
ferasetsiz,
Allah razi olsun...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
ferasetsiz (Offline)
Əlavə edilən tarix 12 iyun 2013 18:18 | 5

Şərh sayı: 35
Xəbər sayı: 0
Xalı: 39
Qeydiyyat: 10.05.2013
Mükafatı yoxdur
Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
DEMI (Offline)
Əlavə edilən tarix 14 may 2013 20:27 | 4

Şərh sayı: 225
Xəbər sayı: 3
Xalı: 17
Qeydiyyat: 8.03.2013
Mükafatı yoxdur
thankyou

ferasetsiz bunu bəyənir.



Status: qeyd edilməyib
imza
IKI SEY SONSUZDUR.
1-KAINAT
2-INSANIN AXMAQLIGI
AMMA IKINCIDEN EMIN DEYILEM(ALBERT ENSTEYN)
ICQ: 234
Reputasiya: 8
Menekşe (Offline)
Əlavə edilən tarix 21 noyabr 2012 14:22 | 3

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
Bu Menem,
SiMPLe_GiRL,
Cümləmizdən...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 20 noyabr 2012 21:48 | 2

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Allah razi olsun!!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Bu Menem (Offline)
Əlavə edilən tarix 20 noyabr 2012 19:16 | 1

Şərh sayı: 36
Xəbər sayı: 0
Xalı: 40
Qeydiyyat: 19.09.2012
Mükafatı yoxdur
ALLAH razi olsun bacim, bele 1movzuya toxunduguncun




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 1
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular