TƏQVİM

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 43 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 43

.Saytda olan son 20 istifadəçi
AKIS AlfredInono
Azeko botabash
CalvinOthek camalsemed
Candy DanielFaF
elvin_006 FERMABOT
GopspsonFek Hiramram
Kadimov M1rZ3
nusret2222 PhktCarRent
RichardPak sevalya
TEWsog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Zaur Aşiq ft. Günay - Qəşəy Qəşəy [2o12]

Zaur Aşiq ft. Günay - Qəşəy Qəşəy [2o12]Ölçüsü: 5.5 MB...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Uşaqlar və Ramazan...

Uşaqlar və Ramazan...

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Uşaqlar və Ramazan...

Bu məqalə ailəli şəxslərə daha çox aiddir. Amma burda yazılanları hər birimiz evdə bacı və qardaşlarımıza, ümumiyyətlə ətrafımızda olan bütün uşaqlara tətbiq edə bilərik.
Uşaqlara Ramazanın gözəlliyini hiss etdirin: İftarın vaxtı tez girdiyindən çox adam iftarını iş yerində açır. Heç olmazsa, Ramazan ayının ilk günündə, sizin üçün çətin də olsa, orucunuzu evdə - ailənizlə birlikdə açmağa çalışın!
Çalışın ki, uşaqlarınız Ramazan ayının gəlişini hiss etsinlər! Təravih namazına uşaqlarınızla gedin: Əlindən tutaraq uşaqlarınızı təravih namazına aparın. Namazdan sonra uşağınıza xoşuna gələcəyi kiçik bir hədiyyə verin. Sonra yanınızda olan şokalad, ya da şəkərləri təravih namazına gələn başqa uşaqlara paylayaraq onlara Ramazan ayının rəhmət üzünü bir daha göstərin. Maddi vəziyyətiniz normaldırsa, bunu tez-tez edərək məscidə gələn uşaqları sevindirin.
Uşaqları məsciddən qovmayın: Təravih namazındasınız və dərin bir inamla namazınızı qılırsınız. Ətrafınızda üzlərindəki lütf nəşəsi ilə gəzib dolaşan, hətta səflərin arasında qaçan uşaqlar var. Dar düşüncəli bəzi nadanların onların qaçmasından narahat olmaları məlum məsələdir.
Uşaqlara əsəbləşərək sərt baxışları ilə onları qınayanların əksinə olaraq, siz onlara mərhəmət dolu baxışlarla baxın və onlardan razı olduğunuzu bildirin. Namazdan sonra da qarşılaşdığınız uşağın başını sığallayıb onu təbrik edərək “Allah ibadətini qəbul etsin” deyin.
Uşaqların dini tədrisində bu ay bir fürsətdir: Təlim-tərbiyə böyüklərin özlərindən sonra gələn nəsli hər tərəfli yetişdirmək, pis davranışlardan uzaq tutmaq, münasib davranışa sahib olmaq və mükəmməl şəxsiyyət sahibi etmək üçün çəkdiyi bütün zəhmətlərdir. Təlim-tərbiyə üçün uyğun bir vaxtın, həyəcanın, şövqün və tətbiq edə bilmə imkanının olması mütləq şərtdir. Uşaqlara islam tərbiyəsinin aşılanması üçün ən uyğun vaxtlardan biri də Ramazan ayıdır.
Həyəcan təlim-tərbiyəni həm asanlaşdıran, həm də çətinləşdirən bir xüsusdur. Bu baxımdan, həyəcanın təlim-tərbiyəyə müsbət və mənfi olmaqla iki yöndən təsiri vardır. Öyrəniləcək şeyə uyğun olan həyəcan təlim-tərbiyəni asanlaşdırır; lakin öyrəniləcək şeyə zidd olan həyəcan isə təlim-tərbiyəni çətinləşdirir. Məsələn, Ramazan ayının həyəcanı islam tərbiyəsini asanlaşdıraraq islam tədris üsuluna mükəmməl bir təsir bağışlayır. İslam əxlaqı ilə və buna uyğun adət-ənənə ilə az da olsa əlaqəsi olmayan bəzi bayramların həyəcanı isə uşaqların islami tərbiyəsinə mane olur. Həyəcanın ən böyük nəticəsi şövq yaratmaqdır. Şövq də öyrəniləcək şeyə qarşı iradəli olmaq üçün həvəs və marağın oyanmasıdır. Hər hansı bir şeyə qarşı həvəs və maraq olmadan onu öyrənmək mümkün deyildir. Bu baxımdan, marağın və diqqətin olmaması öyrənməyə və qavramağa mane olan qəlbə çəkilmiş bir pərdədir. Artıq bu gün uşağı həvəsləndirmədən, uşaqda maraq oyatmadan təlim və tərbiyə etməyin mümkün olmaması bütün dünya tərbiyəçiləri və pedaqoqları tərəfindən qəbul edilmiş bir xüsusdur. Həmçinin, xalq arasındakı “maraq elmin atasıdır” sözü də boş yerə deyilməyib.
Ən böyük müəllim və tərbiyəçi olan Peyğəmbərimiz (s) də bir şey demək istədikdə səhabələrində həvəs və maraq oyadaraq onları şövqləndirirdi. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, müsəlman ana-atanın edəcəyi ilk iş uşaqda şövqləndirici güc olan həvəs və marağı oyatmaqdır. Buna görə də diqqəti toplamaq üçün mübarək Ramazan ayı, oruc, təravih namazı, imsak (Ramazanda yemə-içmə və digər işlərdən özünü saxlama) və sahur kimi motivlərdən faydalanmaq lazımdır.
Uşaqlar sizi namaz qılarkən görsün: Bu gündən başlayın. Yaş yarım və iki yaşından böyük uşağınız varsa, onların olduğu bir yerdə namaz qılın. Onlar sizin qarşınızdan keçsin, səcdəyə əyilərkən arxanıza çıxsın. Onlara müdaxilə etməyin. Peyğəmbərimiz də belə etmişdir.
Uşaqlar sizi namaz qılarkən görsün. Bu, onların yaddaşına yazılacaq və gələcəkdə sizin etdikləriniz çox mühüm bir xatirə olaraq qalacaqdır. Mümkün olduğu qədər namazlarınızı evdə xanımlarınızla birlikdə camaat halında qılın. Axı, Peyğəmbər (s) bizləri namazın bu təqdirdə iyirmi yeddi qat daha çox savab qazandıracağı barəsində müjdələyib.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Menekşe | Baxış sayı : 661 | Rəylərin sayı (3) | 26 iyul 2012

Mövzuya oxşar xəbərlər:

İngiltərədə 7 yaşlı şagirdlərə cizgi filmi ilə cinsi təlim verilir
İngiltərədə 7 yaşlı şagirdlərə cizgi filmi ilə cinsi təlim verilir
İngiltərədə 7 yaşlı şagirdlərə cizgi filmi ilə cinsi təlim verilir
Ramazan ayının cədvəli + Ramazan Fətvaları
Ramazan ayının cədvəli + Ramazan Fətvaları
11 Ayın Sultanı Ramazan Ayı Xoş Gəldin...Bu xəbərdə sizlərə 2009-cu ilin Ramazan ayının cədvəlini və Ramazan fətvaları kitabını təqdim edirik. Kitabı yükləyin oxuyun və Ramazan ayının hökmünü və fəzilətini sizdə bilin!Peyğəmb ...
Ramazan ayında qadınlarla bağlı on məsələ... [7]
Ramazan ayında qadınlarla bağlı on məsələ... [7]
Ramazan qiyam ayıdır...
RaMaZaN Gəldi...
RaMaZaN Gəldi...
Ramazan bərəkət ayıdırAllah bu ayda, günahları bağışlayar, duaları qəbul edər

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 16 oktyabr 2012 15:50 | 3

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
Lura,
SiMPLe_GiRL,

thankyou




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 26 iyul 2012 23:20 | 2

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
gozel yazidi ,Allah butun uwaglara can sagligi versin




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Lura (Offline)
Əlavə edilən tarix 26 iyul 2012 18:22 | 1

Şərh sayı: 417
Xəbər sayı: 77
Xalı: 421
Qeydiyyat: 23.06.2012
Mükafatı yoxdur
usaq boyuk her kes allahin quludur




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular