TƏQVİM

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

ONLİNE

Hal-hazırda saytda 42 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 42

.Saytda olan son 20 istifadəçi
2Karona amerika
Ashleynig ASTEROID
Ateist azefefo
Darknight Davidged
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HowardSap
HymanPer ijuxobajo
MelvinTog OSMANOV
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Davut Güloğlu - Ne Ula Ne Ula

Davut Güloğlu - Ne Ula Ne Ula Ölçüsü: 8.28 MB...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Allah hər şeyi an-an yaradır

Allah hər şeyi an-an yaradır

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Allah hər şeyi an-an yaradır

ALLAH İNSANA ÇOX YAXINDIR

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə Surəsi, 186)

Bir zaman Biz sənə: "Rəbbin insanları əhatə etmişdir"– demişdik. Meracda sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. (Isra Surəsi, 60)

Can boğaza yetişdiyi zaman –həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz. (Vəqiə Surəsi, 83-85)

"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq." (Qaf Surəsi, 16)

HƏR ŞEYİ ALLAH EDƏR

... (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Ənfal Surəsi, 17)

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! (İnsan Surəsi, 30)

"Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır". (Saffat Surəsi, 96)

QUŞLARI HAVADA UÇURAN ALLAHdır

Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk Surəsi, 19)

Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl Surəsi, 79)

Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik. (Ənbiya Surəsi, 79)

SƏMANI YARADAN VƏ DÜNYANIN ÜSTÜNDƏ TUTAN ALLAHdır

... Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc Surəsi, 65)

Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. (Naziat Surəsi, 27- 28- 29)

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya Surəsi, 30)

Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. (Ənbiya Surəsi, 32)

BULUDLARI SÜRÜYƏN, YAĞIŞI YAĞDIRAN ALLAHdır

Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin. (Nur Surəsi, 43)
DAĞLARI, YOLLARI (ASFALTLARI) YARADAN ALLAHdır

Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq. (Ənbiya Surəsi, 31)

... Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. (Fatır Surəsi, 27 )

GEYİMLƏRİ VAR EDƏN ALLAHdır

Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız. (Nəhl Surəsi, 81)

GÜLDÜRƏN, AĞLADAN ALLAHdır

Güldürən də, ağladan da Odur!

Öldürən də, dirildən də Odur!

O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı – …(Nəcm Surəsi, 43-45)

İNSANLARA QIZ YA DA OĞLAN NƏSİB EDƏN VƏ YA SONSUZ OLARAQ YARADAN ALLAHdır

... O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir. (Şura Surəsi, 49-50)


YATIRDAN, OYANDIRAN, YUXUDA ÇEVİRƏN ALLAHdır

Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. (Ən'am Surəsi, 60)

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zumər Surəsi, 42)

Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. (Kəhf Surəsi, 18)

DİRİ TUTAN ALLAHdır

Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur. (Həcc Surəsi, 66)

YARADAN ALLAHdır

Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?

Axı O sizi mərhələlərlə yaratdı . (Nuh Surəsi, 13-14)


ÇƏTİNLİKDƏN QURTARAN ALLAHdır

De: "Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz". (Ən'am Surəsi, 64)

YOLDAŞLAR, NƏVƏLƏRI VAR EDƏNDİR

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Nəhl Surəsi, 72)

ALLAH HƏR ŞEYİ GÖRƏNDİR

... Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə Surəsi, 233)

De: "Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir". (İsra Surəsi, 96)

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. (Ən'am Surəsi, 103)

Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. (Ali İmran Surəsi, 5)


İNSAN ALLAH QATINDA YALNIZDIR

Məni yaratdığım kimsə ilə tək burax, (Muddəssir Surəsi, 11)

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz.... (Ən'am Surəsi, 94)

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm Surəsi, 95)


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Bad girl | Baxış sayı : 537 | Rəylərin sayı (10) | 12 may 2012

Mövzuya oxşar xəbərlər:

Əl - Bürüc surəsi
Əl - Bürüc surəsi
«Bürclər» surəsi (Məkkədə nazil olmuşdur, 22 ayədir)
Əl-Bəqərə (
Əl-Bəqərə ("İnək") Surəsi [10]
Əl-Bəqərə ("İnək") Surəsi [10][Yəhudilər Quranı anlamaq və qəbul etmək barəsində] dedilər:“Bizim qəlblərimiz örtülüdür [pərdəlidir]”. ...
Qiyamət... [1]
Qiyamət... [1]
Qiyamət nə vaxt qopacaq?
Cənnət
Cənnət
İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var.

Səhifəni çap et
Lura (Offline)
Əlavə edilən tarix 9 iyul 2012 10:34 | 10

Şərh sayı: 417
Xəbər sayı: 77
Xalı: 421
Qeydiyyat: 23.06.2012
Mükafatı yoxdur
Bədbəxtlik bəzən şokoladının son parşasını kiməsə verməyə məcbur qalmaqdır




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
Menekşe (Offline)
Əlavə edilən tarix 1 iyul 2012 11:41 | 9

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
Allah çox çox razı olsun.... oxuyub ibret götürmek lazimdir....




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
Mery (Offline)
Əlavə edilən tarix 23 may 2012 21:34 | 8

Şərh sayı: 1067
Xəbər sayı: 43
Xalı: 833
Qeydiyyat: 27.06.2011
 
Cox gozeldirler Allah razi olsun... insAllah Allah bizim gunahlarimizi bagislayar...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 12
MILK_KLIK (Offline)
Əlavə edilən tarix 16 may 2012 23:53 | 7

Şərh sayı: 407
Xəbər sayı: 1
Xalı: 146
Qeydiyyat: 12.04.2012
Mükafatı yoxdur
Allah komeyinizde dursun!Hec zaman bu gozel sozler hec kesin aglindan cixmasin.AMINNNN!!!TWKRLR!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 10
fasqa (Offline)
Əlavə edilən tarix 13 may 2012 01:59 | 6

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
maraqlidi tawakkurlar




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
Front_boy (Offline)
Əlavə edilən tarix 13 may 2012 00:37 | 5

Şərh sayı: 156
Xəbər sayı: 7
Xalı: 85
Qeydiyyat: 23.03.2010
Mükafatı yoxdur
Ela Xebere Gore Tewekkurler.
ALLAH Razi Olsun AMIN!..




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
nermin555 (Offline)
Əlavə edilən tarix 12 may 2012 21:00 | 4

Şərh sayı: 803
Xəbər sayı: 23
Xalı: 247
Qeydiyyat: 1.10.2011
Mükafatı yoxdur
Uzun olmasina baxmayaraq maraqlidi adam oxuduqca oxumaq isteyir. Heqiqeten insan bunlari derk ede bilse, dunyada problem qalmaz!




Status: qeyd edilməyib
imza
http://imgs.su/tmp/2012-04-08/1333886035-574.jpg
ICQ: --
Reputasiya: 19
Candy (Offline)
Əlavə edilən tarix 12 may 2012 15:39 | 3

Şərh sayı: 887
Xəbər sayı: 64
Xalı: 702
Qeydiyyat: 21.02.2012
Mükafatı yoxdur
bele gozel sozlere gore twk............................




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 26
-SeVa- (Offline)
Əlavə edilən tarix 12 may 2012 15:09 | 2

Şərh sayı: 843
Xəbər sayı: 17
Xalı: 833
Qeydiyyat: 5.04.2012
Mükafatı yoxdur
Bu deyerli surelercun size minnetdaram...




Status: qeyd edilməyib
imza
Seva
ICQ: --
Reputasiya: 79
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 12 may 2012 13:26 | 1

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Cox gozel xeberdi ,oxudum hamisini cox maraqlidi ,gozel ve duz sozlerdi ..Allah Razi Olsun ,ellin qolun var olsun ...Dogurdanda Allah her weye Qadirdi ,Her wey Allahin elindedi ,Allah hamiya komey olsun ..Amin InwAllah !




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular