www.nice.az » İslam Dünyası » Uşağın "Allaha Məktub"u...
Uşağın "Allaha Məktub"u...

Ata səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan çıxardarkən qızını yolla gederken gördü. Əynində gözəl bir don, əlində isə bir məktub var idi.- Hara gedirsən?
- Mən...mən....ata, mən poçta gedirəm.
- Niyə?
- Bu məktubu göndərməliyəm
- Ver mənə mən göndərərəm sənin üçün
Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı. Atası qoydu maşının qabaq oturacağına, qızına əl elədi və yola düşdü.
İşdə oturarkən məktub Atanın gözünə dəydi. Üstündəki ünvanı oxudu:
Allah
Cənnət
Səma
Məktubu açdı və oxudu:- Əziz Allah, bu mənim sənə birinci məktubumdu. Anam həmişə deyirdi ki, sən uşaqları sevirsən və onların dualarını tez eşidirsən. Mənim anam 7ci ad günümdən 3 gün sonra vəfat etdi. Ona kimi həmişə xoşbəxt idim, amma indi çooox qəmliyəm. Atam həmişə mənimlə oynayardı, mənə kitab oxuyardı, amma indi heç mənimlə danışmır. Səhər tezdən işə gedir, axşam isə mən yatandan sonra qayıdır. Xalam deyir ki, artıq içməyə də başlayıb.
Xahiş edirəm Allah, mənim anamı qaytar. Onsuz bu evdə yaşamaq istəmirəm. Hər gün məktəbə gedəndə sinif yoldaşlarımın analarını görürəm və məni ağlamaq tutur. Nə olar Allah, anamı qaytar. Əgər o artıq mələkdirsə və onu qaytara bilmirsənsə onda məni də götür apar. Anamı necə apardın məni də elə apar. Mən yaxşı qızam. Anamdan soruş deyəcək. Həmişə dərslərimi edirəm və otağımı yığışdırıram. Söz verirəm ki, sənə heç bir narahatçılıq törətməyəcəm. Səni gözləyəcəm! Səni sevən, Uşaq..
Atası məktubu bir yox üç dəfə oxudu. Bir az sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə tanış olduğu yerə getdi. Orda böyük bir ağac var idi. Ağaca baxa-baxa bir neçə saat qızının yazdığı barədə fikirləşdi. Həm özünə həm də həyat yoldaşına söz verdi ki, dəyişəcək. Altı Ay sonra: Uşaq artıq yerində yatmışdı. Atası onu yuxudan oyatmaq istəyəndə çarpayının yanında bir məktub gördü. Ünvanı belə idi:
Allah
Cənnət
Səma
Məktubu açdı və oxudu:- Əziz Allah, bu sənə ikinci məktubumdu. Bilirəm ki birinci məktubumu almısan. Sənə təşəkkürümü bildirmək istəyirəm. Düzdü anamı mənə qaytarmadım, məni götürüb aparmadın, amma atamı dəyişdin. Bilirsən Allah, mən indi onun otağında yatıram. Gecələr mənə nağıllar oxuyur, mənimlə danışır, gülür, və hər səhər üzgüçülüyə gedirik. Axşamlar isə, maşınla şəhəri gəzirik. Daha içki içmir. İstəyirsən xalamdan soruşarsan. Bilmirəm sənə necə təşəkkür edim, Allah, çox sağ ol! Səni Sevən, Uşaq..

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SiMPLe_GiRL |
Baxış sayı : 733 |
Rəylərin sayı (17) |
18 mart 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!